Modern.az

Gözlənilən əfv sərəncamına kimlər düşəcək...

Gözlənilən əfv sərəncamına kimlər düşəcək...

22 Fevral 2017, 12:20

“Bu günə qədər Əfv Məsələləri Komissiyasının 2 toplantısı keçirilib, ümumilikdə 800 müraciətə baxılıb”.

Bu haqda Modern.az-a Komissiyanın üzvü Rəşad Məcid məlumat verib.

O, növbəti toplantının vaxtı barədə məlumatsız olduğunu qeyd edib.


İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Səidə Qocamanlı
gözlənilən əfv sərəncamı ilə bağlı Modern.az-a deyib ki, işçi qrupu tərəfindən hazırlanan siyahı Komissiyaya təqdim olunub:

“Bizim siyahıda ümumilikdə 24 nəfərin adı qeyd olunub. İlkin olaraq Komissiyadan azadlığa çıxmasını istədiyimiz insanlara diqqətli yanaşmalarını, humanistlik göstərilməsini xahiş etmişik. Adlarını siyahıya daxil etdiyimiz insanlar həbs müddətinin çox hissəsini çəkmiş insanlardır. Bunlar Əli İnsanov, İlqar Məmmədov və başqalarıdır”.

S.Qocamanlı əfv sərəncamının daha çox insanı əhatə edəcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, Novruz bayramı ərəfəsində ölkə başçısı İlham Əliyevin əfv sərəncamı imzalayacağı gözlənilir.

 

Gülşən RAUFQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...