Modern.az

Azercell xərclədiyi pulların hesabatını verdi

Azercell xərclədiyi pulların hesabatını verdi

22 Fevral 2017, 12:53

Azercell Telecom MMC fəaliyyət göstərdiyi 20 il ərzində ölkə iqtisadiyyatında öz sözünü deyən şirkətlərdən biri olub. 2016-cı ildə bir çox sahədə liderliyi qoruyub saxlayan mobil operator əksər göstəricilər üzrə irəliləyib”.

Modern.az xəbər verir ki, bu sözləri Azercell-in  hesabat tədbirində qurumun prezidenti Vahid Mürsəliyev deyib.

"Azercell ölkənin qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayədarı olmaqda davam edib. 2016-cı il ərzində Azercell dövlət bütdəcisinə 175,1 milyon manat, 20 il ərzində isə 1 milyard 458,2 manat vəsait ödəyib. Ötən il Azercell ödəmələrinin xüsusi çəkisi təqribən respublika büdcəsində ümumi ödənişlərin 2.3%-ni, qeyri-neft sektoru üzrə ödənişlərin 2,9%-ni təşkil edib.

 Azercell 2016-cı ildə Azərbaycanda telekommunikasiyanın inkişafına təqribən 31milyon 16 min ABŞ dolları, ölkədə fəaliyyət göstərdiyi 20 il ərzində isə 1milyard 443 milyon ABŞ dolları ödəyib.

2016-cı ildə öz işçilərinin inkişafına 659430.21 ABŞ dolları, 20 il ərzində isə 20 434 173.21 ABŞ dolları sərmayə yatırıb. Ötən il ərzində Azercell ölkədə sosial layihələrin həyata keçirilməsi üçün 255 683.84 ABŞ dolları, 20 il ərzində isə 18 722 027.66 ABŞ dolları həcmində vəsait sərf edilib"-deyə o əlavə edib.

 

Qafar Ağayev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir