Modern.az

Daha bir universitetdə əməkhaqları artırıldı

Daha bir universitetdə əməkhaqları artırıldı

22 Fevral 2017, 15:19

Azərbaycan Texniki Universitetində (AzTU) əməkhaqları minimum 50 AZN artırılıb. Əməkdaşlardan bəzilərinin maaşı 100 AZN-ə kimi yüksəldilib ki, bu da universitet rəhbərliyinin işində müvəffəqiyyət qazanan işçilərin sosial vəziyyətinin yaxşılaşdırılması qərarı ilə bağlı olub.

Universitetin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, ölkənin sosial-iqtisadi siyasətinə uyğun olaraq universitetin Elmi Şurasında qəbul edilən qərar 700-ə yaxın əməkdaşa şamil edilib.   

Əməkhaqlarının artırılması ilə bağlı qərarın əhatə etdiyi əməkdaşlar sırasına professor-müəllim heyəti və inzibati işçilər daxil edilməyib. Bu da AzTU-da professor-müəllim heyəti və inzibati işçilərin maaşlarının daha əvvəl yüksəldilməsi ilə əlaqədardır.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır