Modern.az

Avropada Xocalı soyqırımı tanındı - ÖZƏL

Avropada Xocalı soyqırımı tanındı - ÖZƏL

23 Fevral 2017, 09:04

Şotlandiya parlamenti Xocalı soyqırımını tanıyan qətnamə qəbul edib. Modern.az-ın məlumatına görə, noyabr ayının ortalarında Azərbaycanın Böyük Britaniya Birləşmiş Krallığındakı səfiri Tahir Tağızadə və Milli Məclisin üzvü, Azərbaycan – Böyük Britaniya parlamenmtlərarası dostluq qrupunun rəhbəri Cavanşir Feyziyev Şotlandiyaya işgüzar səfər etmişdilər.

Səfər zamanı Şotlandiya Parlamentində bir sıra görüşlər keçirilmiş, parlament sədri və fraksiyalarının rəhbərləri ilə işgüzar danışıqlarda ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi haqqında fikir mübadiləsi aparılmışdı.

 

Həmin görüşlərdə Şotlandiyalı parlamentarilərə verilən ətraflı məlumatlar əsasında bu ilin fevral ayının əvvəllərində Şotlandiya parlamentində təmsil olunan bütün siyasi partiyaların ümumi razılığı ilə Xocalı faciəsinə siyasi qiymət verilməsi qərara alınmış və bu məqsədlə Xocalı soyqırımının 25 illiyi ərəfəsində həmin hadisələrə siyasi qiymət verilməsi haqqında Qərarın mətni parlamentin saytında yerləşdirilib.

 

 

 

 

Şotlandiya Parlamenti üzvlərinin mütləq əksəriyyəti öz adlarını Qətnamə layihəsinin mətninə əlavə etməklə təklif olunan Qətnamənin qəbul olunmasına dəstək veriblər.

 

 

Qəbul olunan Qətnamədə Azərbaycanla Şotlandiya arasında qarşılıqlı dostluq və faydalı əməkdaşlıq münasibətlərinin mövcud olduğu vurğulanmaqla bərabər, 1990-cı illərdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində həyata keçirilən işğal faktı qətiyyətlə pislənilir, Xocalıda baş verən qanlı hadisələr isə Dağlıq Qarabağın yerli əhalisinə qarşı soyqırımı kimi tanınır.

 

 

Parlament üzvlərinin 80 faizinin tərəfdar çıxdığı Qərarda Xocalı soyqırımını törədənlərin hərəkətləri müharibə cinayətləri və bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirilir, gələcəkdə bu cür hadisələrin dünyanın heç bir yerində baş verməməsi üçün belə bir Qətnamənin qəbul olunmasının zəruriliyi qeyd olunur. Qərarda həmçinin BMT tərəfindən qəbul olunmuş 4 qətnaməyə məhəl qoymayan Ermənistan tərəfindən Azərbaycan ərazilərinin 20 faizinin hələ də işğal altında saxlandığı vurğulanır, münaqişənin beynəlxalq hüquq normaları əsasında həll olunmasına dəstək ifadə olunur.

 

 

Qətnamənin surəti Şotlandiya Parlamentinin rəhbərliyi və parlamentdə təmsil olunmuş bütün siyasi fraksiyaların rəhbərləri tərəfindən bu gün Şotlandiya parlamentinə səfər etmiş Azərbaycan nümayəndə heyətinə təqdim olunub. Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə, Azərbaycan – Böyük Britaniya parlamentlərarası dostluq qrupunun sədri, millət vəkili Cavanşir Feyziyev, Şotlandiyada Azərbaycan icmasının rəhbəri Fuad Ələkbərov və səfirliyin əməkdaşları nümayəndə heyətinin tərkibində olublar.

 

 

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir