Modern.az

Qarabağda müharibə başlaya bilər – məşhur ekspertdən həyəcanlı AÇIQLAMALAR  

Qarabağda müharibə başlaya bilər – məşhur ekspertdən həyəcanlı AÇIQLAMALAR   

Qarabağ

22 Fevral 2017, 23:57

“Dağlıq Qarabağ münaqişəsi zonasında eskalasiya və gərginliyin artması ehtimalı var. Amma bunun nə zaman olacağını deyə bilmərəm. Hesab edirəm ki, praktiki olaraq nəticədə eskalasiya qaçılmazdır. Çünki tərəflər arasında danışıqlar aparılmır və tərəflərin mövqeləri bir-birilə qətiyyən uyğun gəlmir. Buna görə də hesab edirəm ki, nəticədə Qarabağ cəbhəsində, eyni zamanda Azərbaycan-Ermənistan sərhədində gərginlik yarana bilməsi mümkündür”.

 

Modern.az saytının xəbərinə görə, bunu Ermənistanın 1in.am portalına müsahibəsində Rusiyanın tanınmış hərbi eksperti Pavel Felqenhauer bildirib.

 

Ekspertin fikrincə, Azərbaycan və Ermənistan müharibəyə hazırlaşır və gec-tez toqquşma olacaq.

 

“Lakin mən qabaqcadan deyə bilmərəm ki, birinci olaraq məhz kim eskalasiyaya başlayacaq – belə bir xəbər verməyi öhdəmə götürmürəm. Amma bu faktdır ki, hər iki tərəf münaqişənin alovlanmasına hazırdır. Lakin deyə bilmərəm ki, bu kəskinləşmə hansı miqysada və dərəcədə olacaq”-deyə o qeyd edib.

 

Pavel Felqenhauer deyib ki, ortada ATƏT-dən başqa bir müşahidəçi yoxdur. Eyni zamanda neytrallaşdırılmış zona yoxdur və hər gün tərəflər səngərlərdən bir-birinə atəş açır.

 

Onun sözlərinə görə, bununla belə, Rusiya Qarabağ cəbhəsində münaqişənin eskalasiyasını istəmir. 

 

Ekspert ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Cozef Danford və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovun Bakıda görüşünə də Qarabağ münaqişəsi kontekstində toxunub.

 

O bildirib ki, bu görüş Qarabağa münasibətdə heç bir əhəmiyyətə malik deyil.

 

“Bu, sadəcə neytral ərazidə görüşdür. Beləliklə, münaqişə Yerevan və Bakı üçün prioritetdir. Amma Moskva üçün yox. İndiki vaxtda Rusiyaya Qarabağda müharibə lazım deyil. Rusiya tərəflər arasında tarazlığı qorumağa çalışır”-deyə o əlavə edib.

 

Aqşin KƏRİMOV 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır