Modern.az

Fransua Bayru prezident seçkilərində iştirakdan imtina edib

Fransua Bayru prezident seçkilərində iştirakdan imtina edib

23 Fevral 2017, 00:26

Fransanın mərkəzçi "Demokratik hərəkat" partiyasının lideri Fransua Bayru prezident seçkilərində iştirakdan imtina edib. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, Fransua Bayru seçkilərdə müstəqil namizəd Emmanuel Makronu dəstəklədiyini bəyan edib.

Fransua Bayru bildirib ki, ölkədəki vəziyyəti diqqətlə təhlil edib: "Bu məndə güclü təşviş yaratdı. Son 50 ildə Fransada demokratiya heç vaxt bu qədər təhlükə altında olmayıb və ölkə bu qədər güclü risklərə məruz qalmayıb".

Qeyd edək ki, Fransada prezident seçkilərinin birinci turu martın 23-də, ikinci turu isə mayın 7-də keçiriləcək.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı