Modern.az

BMT-yə təcili 4.4 milyard dollar lazımdır, əks təqdirdə...

BMT-yə təcili 4.4 milyard dollar lazımdır, əks təqdirdə...

Dünya

23 Fevral 2017, 00:32

BMT-yə Yəmən, Nigeriya, Somali və Cənubi Sudandakı humanitar böhranın qarşısını almaq üçün təcili 4.4 milyard dollar lazımdır.

Modern.az saytının xarici KİV-ə istinadən xəbərinə görə, bu haqda BMT-nin baş katibi Antoniu Quterriş jurnalistlərə bildirib.

O qeyd edib ki, tələb olunan vəsait mart ayının sonuna qədər BMT-yə daxil olmalıdır.

“Bu il ərzində humanitar əməliyyatlar üçün 5.6 milyard dollar lazımdır. Lakin mart ayının sonuna qədər təcili olaraq bizə 4.4 milyard dollar lazımdır. İndiyə qədər isə cəmi 90 milyon dollar daxil olub”-deyə o bildirib.

Quterriş qeyd edib ki, əgər təcili tədbir görülməsə, bu zaman aclıq başqa ölkələrə də yayılacaq.

BMT-nin məlumatlarına görə, Yəmən, Somali, Cənubi Sudan və Nigeriyada 20 milyondan çox insan ərzaq çatışmazlığından əziyyət çəkir.

 

Aqşin KƏRİMOV 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi