Dünyanın şirin suya malik ən yüksək dağ göllərindən sayılan Göyçə gölü 25 ildə ilk dəfə buz bağlayıb. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Göyçə (Sevan) gölünün mühafizəsi ilə məşğul olan Qriqor Canoyan məlumat verib və fotolar paylaşıb.
“Göl sonuncu dəfə 1991-ci ildə buz bağlamışdı .Əslində bu hadisə çox pozitivdir və gölün bataqlığa çevrilməyəcəyinə işarədir”.
Onun hesablamalarına görə, buzlaşma gölün 1 milyon ton suyunu buxarlanmadan qoruyacaq.
Göyçə gölü dəniz səviyyəsindən 1900 metr yüksəklikdə yerləşir.
Vüqar İSMAYILOV