Modern.az

Nigeriyada iki alman vətəndaşı oğurlanıb

Nigeriyada iki alman vətəndaşı oğurlanıb

23 Fevral 2017, 00:54

Nigeriyanın şimalında naməlum silahlılar iki Almaniya vətəndaşını oğurlayıblar. Modern.az APA-ya istinadən xəbər verir ki, bu barədə Kaduna ştatının polis rəsmisi bildirib.

Arxeoloji ekspedisiyanın rəhbəri və daha bir şəxsi oğurlayan silahlılar onların həmkarları olan 2 qadını sərbəst buraxıblar.

Hələlik hadisənin arxasında kimlərin dayandığı və onların tələbləri məlum deyil.

Məlumata görə, Frankfurt universitetindən olan bir qrup alım Nok sivilizasiyasının qalıqlarını öyrənirmiş.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı