Modern.az

Ermənilərin Qubadlıya süni məskunlaşması davam edir – YENİ VİDEO

Ermənilərin Qubadlıya süni məskunlaşması davam edir – YENİ VİDEO

23 Fevral 2017, 01:33

Ermənilər Qubadlının Xanlıq kəndində süni məskunlaşma siyasətini davam etdirirlər.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, ötən il kəndə Suriya və Ermənistan ərazisindən 18 ailə köçürülüb.

 

Əhali artımını nəzərə alan Qarabağdakı separatçı rejim kənddə məktəbin genişləndirilməsi və uşaq bağçasının tikintisini planlaşdırır.

 

Kənddə yaşayanların sayının 300-ə çatdığını bildirən kənd icma rəhbəri Arsen Telunts köçürülmə prosesinin 2017-ci ildə də davam etdiriləcəyini də vurğulayıb.

 

“Kənddə azyaşlı uşaqların çoxluğu səbəbindən mövcud məktəbin genişləndirilməsi və bağça tikintisi diqqətimizdədir”.

 

 

Vüqar İSMAYILOV 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı