Modern.az

“Azərbaycanda dollara tələb azalıb”

“Azərbaycanda dollara tələb azalıb”

23 Fevral 2017, 11:07

“Dünəndən başlayaraq banklarda yenidən dollara tələbin azalması müşahidə edilir”.

Modern.az xəbər verir ki, bu haqda iqtisadçı Vüqar Bayramov öz şərhində bildirib.

O, bunu valyuta məzənnəsində göstərdiyini qeyd edib.

“2 gün öncə 1 dolları 1.80 manata alan banklar bu gündən həmin məzənnəyə satış edirlər. Yəni, dolların satış kursu 1.80 manat müəyyənləşdirilib. Bu isə o deməkdir ki, rəsmi məzənnə dəyişməsə də belə, son 2 gündə banklarda dollar ucuzlaşıb. Banklar bunu son 2 gündə dollar alanların sayının azalması ilə izah edirlər”.

 

Valyuta bazarındakı mövcud vəziyyəti nəzərə alan iqtisadçı, bu gün bankların hərraca daha az dollar sifarişi ilə gedəcəklərini deyib:

“Müdaxilə olmadığı halda valyuta bazarının qaydaları bunu tələb edir. Amma təəssüf ki, bankların spekulyativ müdaxilələri həm yığımlara, həm də xarici valyutaya tələbə təsir göstərməkdədir. Bu baxımdan, bugünki hərracın nəticələri eyni zamanda valyuta bazarının sifarişlərə necə təsir edəcəyini də göstərəcək. Bununla belə, öncədən proqnozlaşdırdığımız kimi, mart ayında dollara tələbin yenidən artacağı gözlənilir”.

 

Gülşən RAUFQIZI

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır