Modern.az

Ermənistanın Müdafiə Nazirliyinə hücum edildi, 1 nəfər güllələndi

Ermənistanın Müdafiə Nazirliyinə hücum edildi, 1 nəfər güllələndi

23 Fevral 2017, 12:10

Ermənistanın paytaxtı İrəvanda insident baş verib. 


Azvision.az xəbər verir ki, fevralın 23-də saat 00:20 radələrində sərxoş paytaxt sakini A.Epremyan idarə etdiyi “Opel Astra” markalı avtomobillə Ermənistanın Müdafiə Nazirliyinin 2 nömrəli kompleksinin giriş qapısını dağıdaraq nazirliyin ərazisinə daxil olub. 

Qanunsuz olaraq nazirlik ərazisinə daxil olan şəxs nəzarət-keçid məntəqəsində xidmət aparan əsgər tərəfindən atəşə tutulub. Ona 8 dəfə atəş açılıb. 

Ermənistan İstintaq Komitəsi faktla bağlı araşdırma aparır.

                                      

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir