Modern.az

İlham Əliyev Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb  

 İlham Əliyev Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb    

Aktual

23 Fevral 2017, 12:21

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 23-də Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç ilə görüşüb.

Söhbət zamanı Azərbaycan Prezidenti İlham Əliyev ilə Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviçin cari il ərzində dörd dəfə görüşdüyü xüsusi vurğulandı, Cənub Qaz Dəhlizinin tikintisi, bu sahədə əldə olunan nailiyyətlər ətrafında fikir mübadiləsi aparıldı. Həmçinin Azərbaycan ilə Avropa Komissiyası arasında enerji məsələləri ilə yanaşı, nəqliyyat dəhlizləri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə sahəsində əməkdaşlıq imkanları müzakirə edildi.

Yeni Asiya-Avropa nəqliyyat dəhlizindən istifadə imkanlarından danışan Maroş Şefçoviç Avropa şirkətlərinin bu layihəyə cəlb olunmasının və bu məsələdə Avropa Komissiyasının mümkün dəstəyinin əhəmiyyətini vurğuladı.

Söhbət zamanı Azərbaycanda alternativ enerji mənbələrindən istifadənin genişləndirilməsi, bu məsələdə Avropa İttifaqının təcrübəsindən istifadə edilməsinin mümkünlüyü qeyd olundu.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır