Modern.az

Jalə Əliyeva şəxsi həyatından danışdı: "Bəlkə də “ikinci bahar” reallaşa bilər”

Jalə Əliyeva şəxsi həyatından danışdı: "Bəlkə də “ikinci bahar” reallaşa bilər”

Mədəni̇yyət

23 Fevral 2017, 12:53

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva “Qafqazinfo”ya müsahibəsində bir sıra məsələlərə, o cümlədən şəxsi həyatından danışıb.

Modern.az xəbər verir ki, deputat müsahibəsində ikinci dəfə ailə qura bilməsinin mümkünlüyünə işarə edib. J.Əliyeva bu haqda deyib:

Bayaq qeyd etdiniz ki, insan həyata bir dəfə gəlir. Ona görə də rahat, xoşbəxt yaşamalıdır. Bəs “İkinci bahar” haqqında nə düşünürsünüz?

– Buna normal baxıram. İnsan elə bir varlıqdır ki, hər bir zaman xoşbəxt olmaq istəyir. Bayaq dedik ki, adi mətbəxə girəndə də stimul olmalıdır. Stimulu isə qarşı tərəf verir. Bir insanın bir dəfə oxu daşa dəyibsə, həyatı, xoşbəxtliyi yarımçıq qalıbsa bu o demək deyil ki, bununla da onun həyatı bitir. Ən əzizlərimizi itirdikdən sonra yenə həyatımıza davam edə bilirik. Bu həyatın fəlsəfəsidir. Ona görə də mən buna pis baxmıram. Bir insan bir insan üçün doğulub. Amma o demək deyil ki, bir insan eyni zamanda bir neçə nəfər üçün doğulub. Söhbət bundan getmir. Əxlaq normaları içərisində tərəflər öz ikinci tərəfini tapıb xoşbəxt olmaq hüququna malikdir. Yetər ki bu münasibətlər nə onun ailəsinə, nə də cəmiyyətə xələl gətirməsin.

– Özünüz necə, nə üçün “ikinci bahar” ı yaşamadınız?

– Mən “ikinci bahar” yaşamağı düşünməmişəm. Çünki özümü işimə çox vermişəm. Qızımın yaş yarımından etibarən həddindən artıq çox işləmişəm. Səhər 8-də evdən çıxırdım, amma iş rejimim elə idi ki, axşam 9-da da evə gələ bilirdim. Səhər beşdə də işə çağırıla bilirdim. Eyni zamanda pedaqoji, elmi fəaliyyət göstərirdim. 30 yaşımda elmlər namizədi , 40 yaşımda elmlər doktoru olmuşam. Üzərimdə həm də valideynlərimin, mənə ehtiyacı olanların qayğısı var idi. Hər zaman çalışmışam ki, digər insanları da öz qayğımdan məhrum etməyim. Sonra siyasətlə məşğul olmağa başladıq. Bütün bunlar məni o qədər çevrələmişdi ki, mən “ikinci bahar” a vaxt tapmamışam, həm də bundan ehtiyat etmişəm. Çox qorxmuşam. Həyatımda tarazlığı, balansı sevən adamam. Dişimlə dırnağımla nəyisə yaratmışamsa onu pozmaqdan qorxuram. O zamanlar düşünürdüm ki, bir relsin üzərində gedən rahat bir həyatım var. Övlad məsələsi də var idi. Eyni zamanda oxun ikinci dəfə daşa dəyməsi məsələsi də ola bilərdi. Çünki həyatda heç kim heç nədən sığortalanmayıb. Ya olmazsa, ya yenə bir məğlubiyyət olarsa bunu necə daşıyaram çiynimdə deyə özümə sual edirdim. O depressiyadan necə sıyrılıb çıxa bilərəm? Bu anama, övladıma necə təsir edər? Yəni işin yaxşısından çox pisini düşünüb ehtiyatlanmışam. Ona görə də qorxu məni o addımı atmaqdan çəkindirib.

Bunların hamısını keçmiş zamanda vurğuladım. Mənim ailəm uzun zaman valideynlərimdən və qızımdan ibarət olub. Ancaq son dövrlər qapını özüm açıb içəriyə girməyə başladığımdan bəri düşünürəm ki, bəlkə də səhv etmişəm. Bir neçə il bundan əvvəl eyni ildə həm böyük xoşbəxtlik, həm də bədbəxtlik yaşadım. Övladın ailə qurmağı gözəl hadisədir. Özü də bu yeganə övlad olarsa və sən də yeganə övladsansa, düşünün bu nə deməkdir. Onunla paralel olaraq valideyn itkisi yaşadım. Mən anamın ən ağır xəstə yatdığı günlərdə qızımın xeyir işinə hazırlaşırdım. Bu mənə hansı mənəvi iztirablar bahasına başa gəldisə mən bilirəm. Yeganə övladın toyundan ləzzət almamaq hissini yaşadım.

Gələcəkdə nə olacağını deyə bilmərəm. Bəlkə də ola bilər. Əgər hansısa qınaqdan ehtiyat etməsəm, qorxunu yenə bilsəm, əmin olsam, bəlkə də “ikinci bahar” reallaşa bilər.

 

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar