Modern.az

Lerikdə qar UÇQUNU: bir ailənin 5 üzvü öldü

Lerikdə qar UÇQUNU: bir ailənin 5 üzvü öldü

23 Fevral 2017, 13:29

Lerik rayonunda qar uçqunu baş verib.

Lerik rayon İcra Hakimiyyətindən Modern.az-a verilən məlumata görə, hadisə səhər saatlarında rayonun Orat kəndində baş verib. Kənd sakini, 1958-ci il təvəllüdlü Mustafayev Əhliman Həbibulla oğluna məxsus ev qar uçqununun altında qalıb.

Hadisə nəticəsində Ə.Mustafayevin həyat yoldaşı, gəlini və 3 azyaşlı nəvəsi uçqun altında qalıb.

Hadisə yerinə xilasedicilər cəlb edilib. Xilasedicilər uçqun altından bir azyaşlı uşağı sağ xilas etsələr də, həmin uşaq da aldığı xəsarətlər nəticəsində ölüb.

Qar uçqununun altında qalan ev Orat kənd bələdiyyəsinin sədri Amil Mustafayevin evidir. A.Mustafayev Ə.Mustafayevin oğludur.

Lerik rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsindən Modern.az-a bildirilib ki, yollar bağlı olduğundan hadisə yerinə getmək mümkün deyil.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir