Modern.az

Azərbaycanın məşhur brendləri - SİYAHI

Azərbaycanın məşhur brendləri - SİYAHI

23 Fevral 2017, 13:31

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Azərbaycanın xaricdə tanınan və əmtəə nişanları qorunan məşhur brendlərinin adlarını açıqlayıb.


Qurumun mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Modern.az-a deyib ki, Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının üzvüdür, bu qurumun bir neçə konvensiya və sazişlərinə qoşulub:

 

“Bu beynəlxalq sənədlər imkan verir ki, Azərbaycandakı yerli sahibkarlar öz məhsulları üzərində istifadə etdikləri əmtəə nişanlarını nəninki ölkə ərazisində, həmçinin xarici ölkələrdə də qorunmasını təmin etsinlər.

Bildiyiniz kimi cənab Prezidentin “Made in Azerbaijan” brendinin tətbiqi və xarici ölkələrdə təbliği ilə bağlı islahat xarakterli fərmanları olub. Bu fərmanlarda sahibkarların xaricdə patent alması və hüquqlarının qorunması istiqamətində dövlət tərəfindən zəruri addımların atılması öz əksini tapıb”.

 

Komitə rəsmisi bildirib ki, hazırda Azərbaycana məxsus 90-a qədər əmtəə nişanın hüquqları xarici ölkələrdə qorunur:

 

““Beyaz falez home” (mətbəx əşyaları) , “SOCAR”, “Azpetrol”, “Patron” (günəbaxan tumu), “Beloçka” (günəbaxan tumu), “Grey cordinal”, “Milla” (süd və süd məhsulları) , “Susan”, “ASAN”, “ASAN xidmət”, “Shahurma” (kafe , restoran) , “ N 1” (kafe və restoran), “Evrolux” (elektron avadanlıqlar), “Azərsun”, Veysəloğlunun istehsal etdiyi “Tango”, “Ulduz”, “Chinar”, “Kxoncha” şokoladları, “Qax” və “Badamlı” mineral suları, “Matanat -A” tikinti materialları, “İnnabi”, “Bahar”, “İskandar”, “Gozel” şərabçılıq məhsulları, “Shapur”, “Nazlı”, “Leyli”, “Shirin”, “Gold Baku”, “Shadeniz”, “Bakinskhaya bukhta”, “Starıy Bulvar”, “Padşah”, “Shah” və s. brendləri misal göstərə bilərik”.

 

F.Talıblı qeyd edib ki, beynəlxalq tanınma digər sahibkarların bu nişanlardan istifadə edərək, oxşar adla məhsul buraxa bilməməsi anlamına gəlir.

 

 

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir