Modern.az

"Küveyt idmançılarının İslam Oyunlarına gəlişi mümkün deyil"

"Küveyt idmançılarının İslam Oyunlarına gəlişi mümkün deyil"

23 Fevral 2017, 14:07

Gənclər və İdman Nazirliyi Azərbaycanın İslam Həmrəyliyi Oyunlarında iştirak etmək üçün Küveytin maliyyə xərclərini öz üzərinə götürməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

 

Modern.az-ın məlumatına görə, nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova açıqlama deyib ki, bəzi media orqanlarında yayılan xəbər yanlışdır.


“Küveyt istəsə belə, oyunlarda iştirak edə bilməz! Çünki, Küveyt Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən beynəlxalq yarışlardan iştirakdan uzaqlaşdırılıb. Azərbaycan Milli Olimpiya Komitəsi, idman qurumları tədbirlərini BOK-nin tələbləri çərçivəsində həyata keçirdiyi üçün Küveytin Azərbaycana gəlməsi mümkün deyil”.


Qeyd edək ki, Bakıda keçiriləcək dördüncü İslam Həmrəylik Oyunlarında iştirak etmək üçün 53 ölkə rəsmi qeydiyyatdan keçib.

 

Namidə BİNGÖL

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır