Modern.az

 “Gənc istedadlar” liseyində Xocalı şəhidləri anılıb

 “Gənc istedadlar” liseyində Xocalı şəhidləri anılıb

23 Fevral 2017, 15:24

“Gənc istedadlar” liseyi və Bakı Dövlət Universitetinin Tarix fakültəsinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş elmi-nəzəri konfrans keçirilib. Müəllim və şagird heyətinin iştirak etdiyi konfransı açan direktor, professor Qasım Hüseynov liseydə reallaşan bu səpkili tədbirlərin şagirdlərin Azərbaycan tarixini, xalqımızın yaşadığı faciələri dərindən mənimsəmələri baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Tarix fakültəsinin elmi işlər üzrə dekan müavini, professor Sevda Süleymanova “Xocalı soyqırımının tanınması Azərbaycan dövlətinin xarici siyasətinin istiqamətlərindən biridir”, Azərbaycan tarixi kafedrasının dosenti Nuru Məmmədov  “Xocalı soyqırımı bəşəri cinayətdir” mövzusunda məruzələrlə çıxış ediblər.

Xocalı hadisələrinin şahidi Nazim Hüseynov bu soyqrımının bəşər tarixində misli görünməmiş tarixi cinayət olduğunu bildirib.

Tədbir “Gənc istedadlar” liseyi şagirdlərinin çıxışları ilə yekunlaşıb.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi