Modern.az

Qənirə Paşayeva Boluda Qarabağ parkının açılışında

Qənirə Paşayeva Boluda Qarabağ parkının açılışında

23 Fevral 2017, 15:25

Türkiyənin Bolu vilayətində Azərbaycan və Türkiyə millət vəkillərininin, ziyalılarının, Türk dünyasının müxtəlif bölgələrindən gəlmiş tanınmış aydınların,  Bolu valisi və bələdiyyə başqanının, yüzlərlə yerli  sakinin iştirakı ilə Qarabağ parkı və Qarabağ, Xarıbülbül abidəsinin açılışı olub.

Mərasimində çıxış edən Bolu bələdiyyə başqanı Alaeddin Yılmaz bildirib ki, bir neçə ay əvvəl bölgədə Qarabağ problemi ilə bağlı konfrans verən deputat Qənirə Paşayeva Boluda Qarabağ parkı təklifi ilə çıxış etdiyi zaman bir bələdiyyə başqanı olaraq qısa zamanda bu təklifin reallaşacağını söyləyib.

 

Və bu gün bu parkın açılışını həyata keçirməkdən çox məmnundur. Azərbaycana böyük sevgi bəslədiyini deyən bələdiyyə başqanı  Alaeddin Yılmaz və Bolu valisi Aydın Baruş  bildiriblər ki, Qarabağ, Xocalı soyqırımı ağrısı bütün

Türklərin ağrısıdır və inşallah bu problemi birlikdə həll edəcəyik. Boluda İstanbul-Ankara yolu üzərində yerləşən və böyük bir ərazini əhatə edən yüksək səviyyəli Qarabağ parkını ziyarət edəcək hər bir insan Qarabağ, Xocalı soyqırımı həqiqətləri ilə bağlı məlumatları əldə edə biləcəklər.  

 

Qarabağ, Xarıbülbül abidəsi qoyulmuş Qarabağ parkında hər iki qardaş ölkənin bayrağının bərabər dalğalanacağını deyən bələdiyyə başqanı inşallah qısa zamanda Azərbaycanın işğal altında olan torpaqlarının azad olunmasını istəyirik və bunun üçün birlikdə mübarizə edəcəyik deyib. Bələdiyyə başqanı bu heykəlin Azərbaycanda hazırlanaraq Boluya gətirilməsini öz üzərinə götürən Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri, millət vəkili Q.Paşayevaya, Yeni Yurd İctimai Birliyinin sədri Mahirə Əsədovaya, heykəltaraş Akif Əsgərova bolular adından təşəkkürünü bildirib və bu abidənin Bolu üçün çox böyük bir hədiyyə olduğunu deyib. Parkın açılışında çıxış edən millət vəkili Q.Paşayeva Bolu bələdiyyə başqanına və əməyi keçən hər kəsə təşəkkür edərək Ermənistanın işğalçılıq siyasəti, Xocalı soyqırımı,  Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizm aktları, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün hələ də öz evinə dönə bilməməsi, beynəlxalq təşkilatların bunun üçün rəsmi İrəvana heç bir təzyiq göstərməməsi, ikili standartlar barədə geniş çıxış edib. Çıxışına Azərbaycan və Türkiyə uğrunda şəhid olan bütün insanlarımızın qarşısında baş əyərək, qazilərimizi sayğı ilə anırıq sözləri ilə başlayan millət vəkili Q. Paşayeva bildirib ki Azərbaycan və Türkiyə Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin söylədiyi kimi bir millət,  iki dövlətdir və bu gün Boluda Qarabağ parkı və Qarabağ, Xarıbülbül  abidəsinin açılışı dost da düşmənə də ciddi bir mesajdır: “Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər  bir  Türk insanı bu gün Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır”. 

 

Qarabağ, Xarıbülbül abidəsi barədə geniş məlumat verən millət vəkili Q.Paşayeva bildirib ki qardaş Türkiyədə ilk Xarıbülbül heykəli Boluda açıldı.  Heykəlin memarı Akif Əsgərovla heykəl hazırlanmadan öncə geniş müzakirələr apardıqlarını deyən millət vəkili Q. Paşayeva Xarıbülbül abidəsi, Qarabağla bağlı geniş bilgilər verdiyini də deyib. O bildirib ki, Xarıbülbül abidəsinin üzərində Azərbaycanın və bütün Türk dünyasınını böyük şairləri və aydınları Molla Pənah  Vaqif və Xan qızı Xurşudbanu Natavanın kiçik heykəlləri, qədim Şuşa məscidi, muğam musiqimizin ifasıni əks etdirən muğam üçlüyü, Xocalı soyqırımını əks etdirən fəryad edən ana abidəsi öz əksini tapır.  Heykəltaraş Akif Əsgərova  təşəkkürünü bildirən millət vəkili Q.Paşayeva bildirib ki, rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB olaraq Yeni Yurd İctimai Birliyi ilə birlikdə bu heykəlin hazırlanmasına dəstəyi özlərinə borc biliblər. Yeni Yurd İctimai Birliyinin rəhbəri Mahirə Əsədova da Boluda belə bir heykəlin açılmasından bütün şəhidlərimizin ruhunun şad olduğunu deyib və inşallah belə abidələr yaxın zamanlarda Ali Baş Komandanımızın rəhbərliyi ilə işğaldan azad edəcəyimiz gözəl Qarabağımızda da ucalsın deyib.

 

O, Azərbaycanın və ordumuzun inkişafından da danışaraq bildirib ki Azərbaycan və Türkiyə arasında bütün istqiqamətlərdə əməkdaşlığın genişlənməsi bölgədə gücümüzü daha da artırır.  Millət vəkili Qənirə Paşayeva isə mən inanıram ki, biz Azərbaycan və Türkiyə olaraq əl-ələ verib torpaqlarımızı Ermənistanın işğalından azad edəcək və o gözəl torpaqlarımızda Bolu adına parkın açılışında da birlikdə iştirak edəcək, bu cür tədbirləri  o gözəl torpaqımızda da keçirəcəyik deyib. 

 

Q.Paşayeva biz getdiyimiz hər bölgədə bu təkliflə çıxış edirik, ümid edirik ki Boludakı bu yüksək səviyyəli park və abidənin açılmasından sonra bir çox bələdiyyələr də bu addımı atacaq və onları buna çağırırıq deyib. Çıxışlarda sonra  Azərbaycanın Əməkdar Artisti Nuriyyə Hüseynovanın canlı Qarabağ şikəstəsi ifasında Qarabağ parkı və Xarıbülbül abidəsinin açılışı olub, parkın və abidənin  lenti kəsilib, şəhidlərimizin ruhuna dualar oxunub.

 

Millət vəkili Q.Paşayeva və Yeni Yurd İctimai Birliyinin rəhbəri Mahirə Əsədova tədbir iştirakçılarının və KİV nümayəndələrinin suallarını da cavablandırıb. 

 

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı