Modern.az

Metropolitendə təhlükəsizlik qaydaları ilə bağlı videoçarx

Metropolitendə təhlükəsizlik qaydaları ilə bağlı videoçarx

23 Fevral 2017, 15:30

Bakı Metropoliteninin fəaliyyətinin 50 illiyi ilə bağlı videoçarx hazırlanıb.

Bunu Modern.az-a açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

"Həyatınız bizim üçün dəyərlidir" adlı videoçarxda metronun fəaliyyətə başladığı tarix və bu vaxta qədər sərnişinlərin təhlükəsizliyi üçün görülmüş tədbirlərdən bəhs edilir.

N.Paşayev bildirib ki, videoçarxda həmçinin sərnişinlərin metrodan istifadə qaydaları da təqdim edilib: "Bu qaydalarda həm metropoliten işçiləri, həm də sərnişinlər üçün tələblər öz əksini tapıb. Nəzərə almaq lazımdır ki, bu qaydalara əməl etməmək insan həyatı üçün təhlükə yarada bilər. Ona görə də həmin qaydaları bilmək vacibdir. Videoçarxda da həmin qaydalar izah edilir".

 

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır