Modern.az

Natiq Əliyev: “Avropa ölkələrinin gözü Azərbaycandadır”

Natiq Əliyev: “Avropa ölkələrinin gözü Azərbaycandadır”

23 Fevral 2017, 17:14

"Cənub Qaz Dəhlizi"  Məşvərət Şurasının III iclasının keçirilməsi Azərbaycan üçün önəmli bir hadisədir. Modern.az xəbər verir ki, bu sözləri mətbuat konfransında energetika naziri Natiq Əliyev deyib.

 
Nazir bildirib ki,  hazırda Avropa ölkələrinin gözü Azərbaycandadır.

“"Cənub Qaz Dəhlizi" layihəsi Azərbaycan dövləti tərəfindən, prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılır. Layihənin həyata keçməsinə  bir neçə il öncə başlanılıb. Dünya iqtisadiyyatında maliyyə böhranın müşahidə edildiyi bir vaxtda bu layihənin həyata keçirilməsi böyük səylər tələb edir. "Cənub Qaz Dəhlizi” layihəsini genişləndirmək fikrimiz var. Bu səbəblə də bu gün burada İon Boru Kəməri  ölkələrinin nümayəndələri də iştirak edirdilər".


N. Əliyev qeyd edib ki, layihənin həyata keçirilməsində ən mühüm məsələlərdən biri maliyyə ilə əlaqəlidir: "Dünya Bankı, Asiya İnkişaf Bankının nümayəndələri bu tədbirdə iştirak edirlər. Onlar, bu layihəyə maraq göstərirlər və layihənin maliyyələşməsində iştirak edəcəklər".

 

Qafar Ağayev

 

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı