Modern.az

“Miloşeviçə, Karaciçə qurulan məhkəmə Xocalı soyqırımını törədənlərə də qurulmalıdır”

“Miloşeviçə, Karaciçə qurulan məhkəmə Xocalı soyqırımını törədənlərə də qurulmalıdır”

23 Fevral 2017, 17:30

Bu il Xocalı soyqırımının 25-ci ildönümüdür. İllərdir Xocalı soyqırımını beynəlxalq arenaya tanıtdırmaq üçün müxtəlif addımlar atılır.
Azərbaycan parlamentində bir neçə dəfə soyqırımı haqqında qanun layihəsinin hazırlanması məsələsi gündəmə gətirilsə də, hələ ki gerçəkləşməyib.

Məsələ ilə bağlı Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzü Zahid Oruc Modern.az-adanışıb:

 

“Xocalı soyqırımı ilə bağlı qanun layihəsi hazırlamaq təşəbbüsü keçmişdə bir çox həmkarım tərəfindən də irəli sürülmüşdü. Burada əsas məqsəd məsələnin parlamentdə verilmiş hüquqi qiymət əsasında digər müvafiq hakimiyyət orqanlarının vəzifələrini müəyyənləşdirmək, həmçinin cəmiyyətin bu məsələdə görməli olduğu tədbirlərin müəyyən qədər normativ əsaslarını formalaşdırmaqdan ibarətdir. Qeyd etdiyimiz layihə təşəbbüsü ilə mən də çıxış etmişdim, eyni zamanda rəsmi olaraq qeydiyyatdan da keçmişdi. Lakin sonrakı dövr fikir ondan ibarət idi ki, məsələ ilə bağlı müxtəlif çətinliklər mövcud idi. Xüsusi olaraq bu cinayəti  həyata keçirən şəxslərin məsuliyyətə cəlb olunmasının forması, mexanizmləri, hətta beynəlxalq hüququn prinsiplərinə rəğmən hazırkı şəraitlə işləmir. Bu səbəbdən də sənəd qəbul edilmədi. Hazırkı dövrdə Milli Məclisdə İnsan haqları komitəsinin təşəbbüsü ilə həyata keçirilən tədbirlər daha geniş qiymət verməyə imkan yaradacaq. Söhbət beynəlxalq cinayətlərin qarşısının alınması və onların cəzalandırılması ilə bağlı sənəddir. Bununla bağlı geniş dinləmələr keçirilir, 3-cü sektorun təmsilçiləri beynəlxalq qurumların nümayəndələri də o tədbirlərdə iştirak ediblər. İlk növbədə məsələ cinayətin hansı çərçivədə müəyyənləşdirilməsidir, insanlıq əleyhinə təcavüz aktları, milli əlamətinə görə qəsdlərin baş verməsi və s. Bir neçə istiqamətdə bu məsələnin qiyməti verilib və eyni zamanda hansı mexanizmlər vasitəsilə bunun beynəlxalq məhkəmələrə çıxarılmasının yolları göstərilib”.

 

Zahid Orucun sözlərinə görə, o, əmindir ki, bu sənəd 2017-ci ildə qəbul ediləcək.

“Bu sənəd qəbul olunduqdan sonrakı dövrdə hökumət orqanlarının və məhkəmə institutlarının bu yöndə addımlarının şahidi olacağıq. Nəzərə almalıyıq ki, başlıca niyyətimiz bu hadisə ilə bağlı tədbirlərin yalnız kimlərisə cəzalandırmaq deyil, bundan ötəri orada qurban gedən şəxslərin xatirəsi, ruhu qarşısında mənəvi borcun yerinə yetirilməsi yox, bundan da irəli torpaqlarımızın işğaldan azad edilməsidir. Biz bu amili qətiyyən unutmalı deyilik, çünki Xocalı qədər  Qarabağın işğalını özündə əks elətdirən ikinci böyük hadisəmiz yoxdur. Belə olan təqdirdə bizim başlıca hədəfimiz torpaqlarımızın azad edilməsidir, yəni bizim cinayətin nəticəsində həyatını itirən insanların qarşısındakı ən böyük borcumuz bundan ibarət ola bilər. Xocalı əslində soyqırımına məruz qalmış şəhərdir.Mənim hazırladığım sənəddə o müddəalar da yer almışdı ki, bu məfhumu hüquq sistemimizə gətirək. Sənəddə soyqırımı qurbanlarının ailələrinə ödənməli olan vəsait ifadə olunmuşdu. Bunu ümumi işğal əsasında dövlətdən müxtəlif sosial ödənişlər alan insanlardan nisbətən fərqləndirilməsi mövqeyini irəli sürmüşdüm.
Paralel şəkildə 297 caninin, hansı ki, Hərbi prokurorluq onların adlarını bilavasitə elan edib, onların heç olmasa birinin məhkəmə qarşısında cəzalandırılmasını təmin etmək vacibdir. Reallıq budur ki, Yuqoslaviya, Miloşeviç, Karaciç və digərləri üçün qurulmuş mühakimə səhnələri ermənilər üçün yoxdur. Ona görə də bizim vəzifəmiz bu istiqamətdə özümüzün milli qanunumuzu hazırlamaq və bu yöndə müvafiq vəzifələrimizi reallaşdırmaqdır”.

 

Qafar Ağayev

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?