Modern.az

Allahşükür Paşazadə II İliya ilə danışdı

Allahşükür Paşazadə II İliya ilə danışdı

23 Fevral 2017, 17:38

evralın 23-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ilə Ümumgürcüstan Katolikos-Patriarxı II İliya arasında telefon danışığı olub.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, söhbət zamanı A.Paşazadə Qafqazın ağsaqqal dini liderinin səhhəti, əməliyyat sonrası əhvalı ilə maraqlanıb.

Qardaşı II İliya həzrətləri üçün uca Allaha dualar etdiyini bildirən şeyxülislam A.Paşazadə Patriarxın səhhətinin qaydasında olmasından və Azərbaycan dindarlarının salamlarını ona yetirməkdən məmnun olduğunu dilə gətirib. Şeyxülislam ən yaxın zamanda II İliya həzrətlərini ziyarət etmək üçün Gürcüstana gedəcəyini bildirib.

Söhbət əsnasında şeyxülislam A.Paşazadə II İliya həzrətlərinə Azərbaycanda elan olunmuş “İslam Həmrəyliyi İli” çərçivəsində QMİ tərəfindən keçiriləcək beynəlxalq konfrans barədə məlumat verib, gürcü Patriarxlığına da dəvət göndərildiyini xatırladıb. Patriarx II İliya məmnuniyyətlə konfransda yaxından iştirak edəcəklərini bildirib. O, konfransa təbrik məktubu göndərəcəyini diqqətə çatdıraraq tədbirə uğurlar diləyib.

Telefon bağlantısı zamanı Patriarx II İliya həzrətləri Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya səmimi salamlarını çatdırmağı şeyxülislamdan xahiş edib. O, Mehriban Əliyevanın yüksək vəzifəyə təyin olunması münasibətilə xeyir-dualarını bildirib.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi