Modern.az

"Fənərbaxça"nın kapitanı sıradan çıxdı

"Fənərbaxça"nın kapitanı sıradan çıxdı

Aktual

23 Fevral 2017, 17:55

Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, “Fənərbaxça” futbol komandasının kapitanı  Volkan Dəmirəl bir müddət forma geyinə bilməyəcək.

Belə ki, “Krasnodor”la olan  qarşılaşmanın 2-ci yarısında şiddətli ağrı hiss edərək oyundan çıxmaq məcburiyyətində qalan  qapıçının sağ qıç əzələlərindən zədələndiyi bildirilir. Bu səbəbdən də  klubun həkimi Burak Kunduracıoğlunun nəzarəti altında  müalicəsinə başlayan Volkanın təxminən 1.5 ay yaşıl  meydandan uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, AvroLiqanın 1/16 finalında “Fənərbaxça” - “Krasnodar” qarşılaşması 1-1 hesabıyla yekunlaşb. 
İlk oyunda isə Rusiya klubu qalib gəlib – 1:0. 

 

 

Aida İSAQ

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!