Modern.az

Fuad Muradov: “Ukraynanın Xocalı faciəsini soyqırımı aktı kimi tanıması vacibidr”

Fuad Muradov: “Ukraynanın Xocalı faciəsini soyqırımı aktı kimi tanıması vacibidr”

23 Fevral 2017, 18:53

Ukrayna parlamentində Azərbaycanla Ukrayna arasında diplomatik əlaqələrin  qurulmasının 25 illiyinə həsr olunmuş dəyirmi masa keçirilib.

 

Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə keçirilən tədbirdə Azərbaycan və Ukrayna parlamentinin deputatları,dövlət və hökumət rəsmiləri,elm və  mədəniyyət xadimləri,diaspora və media təmsilçiləri iştirak edib. Azərbaycanla Ukrayna arasında bir çox sahələrlə yanaşı, diplomatik əlaqələrin 25 illik uğurlarından  söz açan Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev ikitərəflı strafeji münasibətlərin möhkəm əsaslar üzərində qurulmasında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. Azərbaycan Prezidenti İlham Əliyevin qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinə xüsusi diqqət ayırdığını nəzərə çatdıran səfir, beynəlxalq arenada strateji müttəfiqlər kimi taninan  hər iki dövlətin eyni mövqedən çıxış edərək bir–birinə dəstək vermələrini  müstəqillik tariximizin uğuru kimi dəyərləndirib.

 

 Azərbaycanı bölgədə Ukraynanın ən etibarlı dostu və strateji müttəfiqi adlandıran Ukrayna Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Maksim Kuryaçiy,ölkələrimiz arasındakı iqtisadi, siyasi, elmi, mədəni,hərbi ,texniki əməkdaşlığın inkişaf dinamikasından söz açıb. Bu günlərdə Ukrayna parlament nümayəndələrinin ölkəmizdə işgüzar səfərdə olduğunu diqqətə çatdıran deputat,son illər Azərbaycanın böyük inkişaf yolu keçərək şərqi avropanın ən aparıcı ölkələrindən birinə çevrilməsinin  fərəhləndirici hal olduğunu bildirib. Müstəqillik illərində Azərbaycanın keçdiyi yolun heçdə hamar olmadığını, 1990-92-ci illərdə xalqımızın 20 yanvar faciəsi  və Xocalı soyqrımı ilə üzləşdiyini  bildirən M. Kuryaçiy bu ağır günlərdə Ukraynanın daima Azərbaycanın yanında olduğunu diqqətə çatdırıb.

 

Müstəqillik illərində  Azərbaycanla Ukraynanın işğalçılıq siyasətinə məruz qaldığını xatırlayan Milli Məclisin İdman və Gənclər Komitəsinin sədri Fuad Muradov 25 il bundan öncə ermənilərin Xocalı şəhərində törətdiyi soyqrım siyasətindən bəhs edib.Heydər Əliyev fondunun vitseprezidenti Leyla Əliyevanın Xocalıya ədalət kompaniyası çərçivəsində həyata keçirtdiyi tədbirlər nəticəsində dünyanın bir sıra ölkələrinin parlamentlərinin Xocalı soyqrımını tanidığını bildirın deputat ,qəddarlıq baxımdan 20–ci əsrin ən amansız qətliamı olan Xocalı faciəsinin Ukrayna parlamenti tərəfindəndə soyqrım aktı kimi qəbul olunmasının vacibliyini bildirib.

 

Tədbirdə Ukrayna parlamentinin deputatı Oleq  Medunitsa,Milli Məclisin deputatları Rasim Musabəyov,Shahin İsmayılov, Taras Şevçenko adına Kiyev Milli Universitetinin prorektoru  Bek Pyotr,Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev və digər  şəxslər çıxış edərək  Azərbaycanla Ukrayna arasındakı tarixi doastluq əlaqələrindən söz açıblar.İkitərəfli  diplomatik münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir