Modern.az

Cocuq Mərcanlıda piyada əleyhinə mina tapılıb

Cocuq Mərcanlıda piyada əleyhinə mina tapılıb

23 Fevral 2017, 20:00

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mina və partlamamış hərbi sursatlardan təmizləmə əməliyyatları ilə bağlı məlumat yayıb. Agentliyin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində gün ərzində 10 ev və kəndə çəkilməsi nəzərdə tutulan avtomobil yoluna baxış keçirilib. Nəticədə 1 485 ədəd qəlpə, 3 ədəd TM-62P3 minasının gövdəsi və 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilərək götürülüb.

 

20 gün ərzində kənddə 57 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 6 ədəd partlamamış hərbi sursat (3 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832), 2 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843) və 1 ədəd 93 mm-lik tank əleyhinə idarə olunmayan raket (PQ-7VL)) və 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar olunaraq zərərsizləşdirilib, 448 459 kv.m ərazi (203 609 kv.m ərazi əl ilə, 109 300 kv.m ərazi mexaniki üsulla, 113 000 kv.m ərazi  SENSYS dərinlik ölçən cihazı və 22 550 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

 

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı