Modern.az

Zavodda partlayış: 18 yaralı

Zavodda partlayış: 18 yaralı

23 Fevral 2017, 20:13

Çexiyanın şərqində zavodların birində partlayış olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, partlayış nəticəsində azı 18 nəfər xəsarət alıb. Polisin verdiyi məlumata görə, ilk partlayış yerli vaxtla saat 11:00-da Poliçka şəhəri yaxınlığında yerləşən zavodun sexlərindən birində baş verib.

Daha sonra ardıcıl olaraq yenə partlayış səsləri eşidildiyi barədə məlumat var. Hazırda ərazidə xilasedicilər işləsələr də, partlayış yerinə yaxın düşə bilmirlər. Partlayışın səbəbləri məlum deyil.

Regional Xilasetmə Xidmətinin rəhbəri Pavel Svobodanın yerli KİV-ə verdiyi məlumata görə, 3 nəfər xilasedici də xəsarət alıb. Sakinlərə hadisə yerinə yaxınlaşmamaq barədə xəbərdarlıq edilib.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?