Modern.az

OPEC neftin qiyməti ilə bağlı yenidən toplanacaq

OPEC neftin qiyməti ilə bağlı yenidən toplanacaq

23 Fevral 2017, 20:41

Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) mayda neftin qiymətinin vəziyyəti ilə bağlı iclas keçirəcək. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Qətərin energetika naziri Məhəmməd əl-Səda məlumat yayıb.

Nazir OPEC-in may ayında keçirəcəyi iclasda kartelə üzv ölkələrin neft hasilatının azaldılması sazişinin müddətini uzadıb-uzatmayacağı barədə danışmağın hələ tez olduğunu bildirib: “İclasda əsas müzakirə mövzusu qlobal ehtiyatlar və neft hasilatının azaldılmasının son beş ilin proqnozlarına uyğunluğu olacaq. Bazarda sabitliyin yaranıb-yaranmadığını görmək üçün bu çox mühüm məsələdir”.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir