Modern.az

Pentaqon ETİRAF ETDİ: “Şimali Koreya raketləri ABŞ-a tuşlanıb”

Pentaqon ETİRAF ETDİ: “Şimali Koreya raketləri ABŞ-a tuşlanıb”

23 Fevral 2017, 21:31

ABŞ Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Cozef Danford Şimali Koreya raketlərinin ABŞ ərazisinə təhlükə törətdiyin deyib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Danford ölkənin Sakit okean sahillərinin əsas hədəf ola biləcəyini də əlavə edib.

 

“Şimali Koreya hazrki mərhələdə nəinki öz qonşularına, həm də ABŞ ərazilərinə də birbaşa təhlükə törədir”.

 

Situasiyanın nəzarətdən çıxmaması üçün yüksək rütbəli Pentaqon rəsmlərinin və Şimali Koreya generalitetinin yaxın həftələrdə Nyu-Yorkda görüşəcəyi məlumdur. Sonuncu dəfə iki ölkə rəhbərləri arasında yüksək səviyyəli görüşlər 2011-ci ildə Kuala-Lumpurda keçirilmişdi və Kim Çen In hakimiyyətə gəldiyi gündən dayandırılmışdı.

 

Son illər Şimali Koreya 2 nüvə və 20 ballistik raket sınağı həyata keçirib. Sonuncu dəfə koreyalıların sınaqdan keçirdiyi raket 500 kilometr məsafə qət etdikdən sonra Yapon dənizində suya düşmüşdü.

 

 

Vüqar İSMAYILOV

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?