Modern.az

Lalə Şövkət hamını şoka salacaq addım ata bilər 

Lalə Şövkət hamını şoka salacaq addım ata bilər 

23 Fevral 2017, 21:54

“Lalə Şövkət Hacıyeva yaxın vaxtlarda yeniliklərlə bağlı çıxış edəcək. O, hal-hazırda Azərbaycan üçün islahatlar proqramı hazırlayır. Lalə xanımın hazırladığı  islahatlar proqramının tərkibinə daxil olan təklif isə  Azərbaycan üçün gözlənilməz bir təklif olacaq. Bu, Azərbaycanda bir çox siyasətçilər tərəfindən dərk edilməsi çətin olan gözlənilməz islahatlar təklifi olacaq”.

 

Bunu Modern.az-a açıqlamasında Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temİrxan  deyib.

Onun sözlərinə görə, ALP-nin lideri  Lalə Şövkət  köklü iqtisadi islahatlar yolunu tutub.

 

“Əsas məqsəd Azərbaycanda milli və siyasi birliyə,  barışığa nail olmaqdır. Bu islahatlar həm dövlətimizə həm də xalqımıza xidmət edəcək. Əgər Lalə xanımın təklifinin səsləndirilməsi üçün yaxın zamanlarda münbit şərait olacaqsa, nəticəsi də ürəkaçan olacaq”

 

Modern.az-ın əldə etdiyi digər xəbərə görə Lalə Şövkət bu yaxınlarda xarici ölkələrin birinə oğlu Sidqi Şövkətlə birgə səfər edib. Səfərin məqsədi Xocalı soyqırımının ildönümü ilə bağlı olub. Lakin Lalə Şövkətin oğlu Sidqi Şövkətin  sözlərinə görə hansısa xarici ölkəyə belə səfər təşkil edilməyib.

“Yayılan xəbərlər doğru deyil. Lalə xanım, səhhətində yaranan kiçik problemə görə heç yerə çıxmayıb”

 

Namidə BİNGÖL

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi