Modern.az

Qəzəbli tələbələr 16 liseyi ələ keçirdi: 26 nəfər saxlanıldı, yenilənib

Qəzəbli tələbələr 16 liseyi ələ keçirdi: 26 nəfər saxlanıldı, yenilənib

Dünya

23 Fevral 2017, 23:20

Parisdə polis razılaşdırılmamış aksiyada fəallıq edən 26 tələbəni saxlayıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, aksiyalar isə davam etməkdədir. Polis aksiyaçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Nümayişçilər isə asayiş keşikçilərinə müxtəlif əşyalar atıblar.

Qeyd edək ki, Fransada yüzlərlə tələbə Teo adlı qaradərili gəncə polis əməkdaşları tərəfindən zorakılıq tətbiq edilməsinə qarşı aksiya keçirir. Teo 4 polis əməkdaşı tərəfindən zorakılığa məruz qalıb. Artıq asayiş keşikçilərindən birinə zorakılıq ittihamı irəli sürülüb. Digər 3 polis əməkdaşı da zorakı hərəkətlərdə ittiham edilərək işdən xaric ediliblər.

 

22:37

 

Fransanın paytaxtı Parisdə minlərlə gənc nümayşçi ilə polis arasında yaşanan toqquşmalar davam edir. Modern.az saytı Axar.az-a istinadən  xəbər verir ki, etirazçıların şəhərdə 16 liseyi ələ keçirdiyi bildirilib.

Məlumata görə, bir çox məktəb və liseylərin girişində barikada qurulub.

Tələbələrin çoxluq təşkil etdiyi iğtişaşlar zamanı onlarla avtomobil və bank terminallarının zərər gördüyü vurğulanıb.

11 nümayişçinin polis tərəfindən saxlanıldığı vurğulanıb.

Qeyd edək ki, etirazlara səbəb kimi 3 gün əvvəl Teo adlı 22 yaşlı qızın polis tərəfindən zorlanması göstərilib.

Belə ki, adıçəkilən gənc qız yoxlanış zamanı 4 polis tərəfindən təcavüzə məruz qalsa da, ətrafdakı şəxslərdən heç kim onun köməyinə gəlməyib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı