Modern.az

Paytaxtda gənc dəm qazından boğuldu

Paytaxtda gənc dəm qazından boğuldu

23 Fevral 2017, 23:35

Bakının Sabunçu rayonunun Balaxanı qəsəbəsində dəm qazından ölüm hadisəsi qeydə alınıb. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə qəsəbənin 11-ci Mədən deyilən ərazisində baş verib.

 1994-cü il təvəllüdlü Rüstəmli Fuad hamam otağında dəm qazından zəhərlənib.

Zəhərlənən şəxs 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılarkən, yolda keçinib. Meyit tibbi ekspertizadan keçirilməsi üçün morqa göndərilib.

Faktla bağlı araşdırılma aparılır.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu