Modern.az

300 manata səyahət imkanı

300 manata səyahət imkanı

24 Fevral 2017, 00:13

İspaniyada yeni sürpriz-səyahət təklif edən Waynabox.com saytı yaradılıb. Modern.az Fins.az-a istinadən xəbər verir ki, sürpriz-səyahət 150 avroya (təqribən 300 manat) başa gələcək.

Bu məbləğə siz uçuş aviabileti və hoteldə iki gecə qalmaq imkanı əldə edəcəksiniz. Amma siz son olaraq hansı istiqamətə gəlib çıxacağınızı səyahətə yalnız iki gün qalmış öyrənə biləcəksiniz.

Hazırda uçuşlar İspaniyanın üç şəhərindən həyata keçirilir - Barselona, Madriq, Malaqa. Uçuşlar adətən cümə günü baş tutur. Qayıtmaq isə bazar gününə düşür.

Səyahəti alarkən siz arzu etmədiyiniz şəhərləri siyahıdan çıxara bilərsiz.

Daha bir maraqlı məqam onunla bağlıdır ki, Waynabox-la tək səyahət etmək olmaz. Ya sevgilinizlə, ya da dostlarınızla gedə bilərsiz.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi