Modern.az

Səhiyyə naziri xərçəngdən dünyasını dəyişdi

Səhiyyə naziri xərçəngdən dünyasını dəyişdi

Dünya

24 Fevral 2017, 00:30

Avstriyanın səhiyyə naziri xərçəng xəstəliyindən dünyasını dəyişib. Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, 53 yaşlı Sabina Oberhauzer ötən həftə gözlənilmədən xəstəxanaya yerləşdirilib. Amma sosial demokrat nazirin həyatını xilas etmək mümkün olmayıb. Nazir xəstəliyi barəsində dərhal özü bildirib. O, 2015-ci ilin əvvəllərindən xəstəliyindən məlumatlı imiş.

Sabina Oberhauzer səhiyyə naziri vəzifəsini 2014-cü ildən icra edib. Xəstəliyin kəskinləşməsindən sonra onun vəzifəsini müvəqqəti olaraq sosial məsələlər üzrə nazir Alois Ştoqer icra edirdi.

Ölkə rəhbərliyi bu xəbərdən dərindən kədərləndiyini bildirib. Belə ki, prezident Aleksandr Van der Bellen böyük hüzn içində Sabina Oberhauzerin xərçənglə döyüşdə uduzduğunu deyib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!