Modern.az

Bir kənddə 2 məktəbin 9 illik sistemə keçməsi narazılıq yaratdı - VİDEO

Bir kənddə 2 məktəbin 9 illik sistemə keçməsi narazılıq yaratdı - VİDEO

24 Fevral 2017, 00:58

Bir kənddə olan 2 məktəbin 2-si də 11 illik tam orta təhsildən, 9 illik natamam orta təhsilə keçir. Uşaqlara isə təhsillərini 8 kilometr aralıda yerləşən başqa məktəbdə davam etdirmək təklif edilir. Modern.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, Tovuzun Alakol kəndində təhsil alan şagirdlərin valideynləri isə bu haldan narahatdır.

Tovuz rayon Təhsil Şöbəsindən isə bildirildi ki, məktəblərin 9 illik sistemə keçirilməsi Təhsil Nazirliyinin tətbiq etdiyi şərtlərlə həyata keçirilir. Belə ki, infrasturukturu, müəllim kontingenti həmin şərtlərə uyğun olmayan təhsil ocaqlarında da növbəti ildən 9 illik sistemlə tədris aparılacaq.

Qeyd edək ki, hazıra Alakol kəndində iki tam orta məktəb fəaliyyət göstərir. Bu məktəblərdə ümumilikdə 500-dən çox şagird təhsil alır.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir