Modern.az

“Maliyyə bazarının tənzimlənməsi üçün çox ciddi təşəbbüslərimiz olacaq”

“Maliyyə bazarının tənzimlənməsi üçün çox ciddi təşəbbüslərimiz olacaq”

Aktual

24 Fevral 2017, 11:07

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) sığorta sistemində çox ciddi təşəbbüslərlə çıxış etməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı deyib.

O qeyd edib ki, bu təşəbbüslərlə bağlı qanunvericilikdə dəyişiklik olacaq:

 

“Biz 2016-cı ildə bank sektorunda stabilləşməyə nail olmaq üçün tədbirlər gördük. Bu il isə sığorta sistemində strateji nöqteyi-nəzərdən dəyişikliklərə başlayacağıq. Sığorta sistemi daha uzunmüddətli yığımları və investisiyaları təmin edə bilir. Sığorta sistemində ödəniş sistemlərinin tənzimlənməsi ilə bağlı qanunvericilik bazasına dəyişikliklər ediləcək. Artıq Azərbaycan Mərkəzi Bankı və aidiyyatı qurumlarla birgə hazırlanan "Maliyyə bazarının tənzimlənməsi və nəzarəti haqqında" qanun layihəsi üzərində aparılan iş başa çatmaq üzrədir"”.

 

Qurum rəsmisi qeyd edib ki, dayanıqsız vəziyyətə düşən bankın lisenziyasının ləğv edilməsindən öncə səhmdarları hesabına sağlamlaşdırılması ilə bağlı qanun layihəsi üzərində də işlər davam etdirilir.

Palata rəhbəri həmçinin bildirib ki, 2017-ci ildə qeyri-işlək aktivlərlə bağlı bir sıra qanunlara dəyişiklik edilməsi gözlənilir: "Yəqin ki, müflisləşmə və iflas haqqında, məhkəmə qərarlarının icrası ilə bağlı qanunlara dəyişiklik ediləcək".

 

Gülşən RAUFQIZI

 

Twitter
Sizə yeni tvit var
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı