Modern.az

Xocalı qətliamı təsdiqlənmiş sənədlərdə - SİYAHI+FOTOLAR

Xocalı qətliamı təsdiqlənmiş sənədlərdə - SİYAHI+FOTOLAR

24 Fevral 2017, 12:10

 Nəsiman Yaqublu


Hazırda Xocalı soyqırımının 25 illiyi ilə bağlı Azərbaycanda və dünyanın əksər yerlərində tədbirlər keçirilir,qətliamın qurbanları yad edilir.Lakin bəzi erməni mənbələri qətlə yetirilənlər haqqında təqdim olunan faktları obyektiv mövqedən qəbul etmək istəmirlər və bunu qeyri-rəsmi mənbə olaraq adlandırırlar. Hadisə baş verəndən bir-neçə müddət sonra Xocalı soyqırımı haqqında ilk kitabı yazarkən məhkəmə tibb ekspertizasından əldə etdiyim sənədləri oxuculara təqdim edirəm. Bu sənədlərdə ermənilərin xocalıları necə qətlə yetirməsi rəsmi sənədlərlə sübut olunub.

 

MƏHKƏMƏ TİBB EKSPERTİNİN RƏYİNDƏN

  1. Kərimov Manaf Tanrıverdi oğlu. 23 yaşında. Fəhlə. - Başın və ətrafların qəlpə yaraları.
  2. Zeynalov Məhəmməd Məsi oğlu. 35 yaşında. - Ətrafların güllə yaralarından həlak olmuşdur.
  3. Həsənov İlqar Ələkbər oğlu. 53 yaşında. - Başın güllə yarasından həlak olmuşdur.
  4. Əzimova Pərvanə Hüseyn qızı. 45 yaşında. Evdar qadın. - Döş qəfəsinin güllə yarasından həlak olub.
  5. Əzimov Həsənbala Şahmurad oğlu. 57. yaşında. - Başın güllə yarasından həlak olmuşdur.
  6. Məmmədov Eldar Əmirxan oğlu. 34 yaşında. Fəhlə. - Başın güllə yarasından həlak olub.
  7. Kərimova Firəngiz Mütəllim qızı. 60 yaşında. Evdar qadın. - Döş qəfəsinin güllə yarasından həlak olub.
  8. Ələkbərov Aydın Təvəkkül oğlu. 12 yaşında. Şagird. - Başın güllə yarasından həlak olub.
  9. Nəbiyeva Sara Əkbər qızı. 24 yaşında. Evdar qadın. - Sağ budun qəlpə yarası, sağ əlin parçalanması.
  10. Eyvazov Hidayət Əli oğlu. - Başın qəlpə, sol gö­zün çıxarılması, qarnın və budun güllə yarasından həlak olub.
  11. Xanməmmədov Barat Kamil oğlu. 23 yaşında. Fəhlə. - Döş qəfəsinin ön səthinin güllə yarasından həlak olub.
  12. İsgəndərov Əliabbas Qara oğlu. 24 yaşında. - Döş qəfəsinin arxa səthinin güllə yarasından həlak olub.
  13. Həmənova Gülçöhrə. - Döş qəfəsinin və qarnın güllə yarası, sol əlin pəncədən kəsilməsindən həlak olub.
  14. Həsənov Şöhlət Üsub oğlu. - Döş qəfəsinin güllə yarasından, yuxarı ətrafın kəsilməsindən həlak olub.
  15. Mikayılov Araz. - Döş qəfəsinin, qarın və sağ budun güllə yaralarından həlak olub.
  16. Məmmədov Rasim Səlim oğlu. - Baş qəlpə yarasından, kəllə qapağının qopmasından həlak olub.
  17. Naməlum kişi meyidi. Təxmini yaşı 25-35. - Döş qəfəsinin ön səthinin güllə yarası, qulaq seyvanının və cinsiyyət üzvünün, döş qəfəsinin kəsilmiş yaraları.
  18. Naməlum kişi meyidi. Təxmini yaşı 20-25. - Başın güllə yarası, göz almalarının çıxarılması, başın kəsilmiş yarasından həlak olub.
  19. Bədəlov Tofiq. - Tankla əzilmiş, yandırılmış, gözləri çıxarılıb, qulaqları kəsilmişdir.
  20. Abışov Əli Əbdül oğlu. - Bədənin küt travması, skelet sümüklərinin çoxlu sınıqları.
  21. Əzimov Natiq Abbasqulu oğlu. - Kürək nahiyəsinin güllə yarasından həlak olub.

22.Orucov Telman Ənvər oğlu, 36 yaşında. - Başın kə­sil­­­miş yarası, döş qəfəsinin zədələnməsi, döş qəfəsinin gül­lə yarası.

23.Hüseynov Həbib Həmzə oğlu, 54 yaşında. - Aşağı ət­raf sümüklərinin qəlpəli, açıq sınıqları.

24.Şükürov Vaqif Rəsul oğlu, 24 yaşında. - Döş qəfə­sinin güllə yarası.

 25.Əliyeva Səhər Çərkəz qızı, 60 yaşında. - Kəllənin qəl­pə yarası.

 26.Babayeva Aqibə Xasay qızı, 34 yaşında. - Baş və döş qəfəsinin güllə yarası.

27.Hüseynova Maral Kamil qızı, 6 yaşında. - Qarnının ön səthinin güllə yarası 28.Naməlum qız uşağı. Atasının adı Muraddır, 3 ya­şın­­da. - Döş qəfəsinin və qarnının ön səthinin güllə ya­ra­la­rı.

29.Bəhmənov Müşviq Vaqif oğlu. 22 yaş. Milli ordu əs­gə­ri­dir. - Kəllənin güllə yarasından ölmüşdür.

30.Mehdiyev Murad Şəfa oğlu. 26 yaş. - Döş qəfəsinin gül­lə yarasından ölmüşdür.

31.Xəlilova Zərifə Zəkara qızı. 27 yaş. - Döş qəfəsinin güllə yara­sından ölmüşdür.

32.İbrahimov Əlixan Xəlil oğlu. 35 yaş. Milli ordudan. - Kəl­lənin güllə yarasından ölmüşdür.

33.Əbdülov Yelmar İsgəndər oğlu. 43 yaş. Fəhlə. - Kəllənin gül­lə yarasından ölmüşdür.

34.Əliməmmədov Faiq Şahmalı oğlu. 24 yaş. Fəhlə. - Döş qə­fəsinin güllə yarasından ölmüşdür.

35.Əliyev İsa Əbdüləli oğlu. 59 yaş. Fəhlə. - Kəllənin güllə ya­rasından ölmüşdür.

36.Abbasov Əntiş Heydər oğlu. 42 yaş. - Qarın və döş qəfəsinin güllə yarasından ölmüşdür.

37.Məmmədov Talış. 50 yaş. Fəhlə. - Döş qəfəsinin ön sət­hindən güllə yarasından ölmüşdür.

38.Vəliyev Ələsəf Zakir oğlu. 45 yaş. Fəhlə. - Qarının ön sət­hinin və sağ budun güllə yaralarından ölmüşdür.

39.Cəcərova Pəri Muxtar qızı. 36 yaş. - Döş qəfəsinin arxa sət­hinin güllə yarasından ölmüşdür.

40.Məmmədov Şöhrət İbiş oğlu. 36 yaş. - Döş qəfəsinin ön səthinin və sağ bud nahiyəsinin güllə yarasından ölmüşdür.

41.Çobanova Nəzakət Tapdıq qızı. 8 - 10 yaş. - Qarının ön divarının güllə yarasından ölmüşdür.

42.Orucova İzafə Əli qızı. 27 yaş. - Başın və döş qəfəsinin güllə yaralarından ölmüşdür.

43.Mehdiyev Şəfa Baba oğlu. Fəhlədir. 54 yaşında. - Döş qəfəsinin güllə yarasından həlak olmuşdur.

44.Xəlilova Lalə Tahir qızı. Şagirddir. 14 yaşında. - Döş qəfəsinin güllə yarasından həlak olmuşdur.

45.Səlimov Mikayıl Bahadur oğlu. Fəhlədir. 22 yaşında. - Kəllənin qəlpə yarasından həlak olub.

46.Əliyev Arif Xanlar oğlu. Milli ordunun əsgəridir. 22 yaşında. - Döş qəfəsinin güllə yarasından həlak olub.

47.Əmirov Təvəkkül Baxış oğlu. Fəhlədir. 40 yaşında. - Döş qəfəsinin güllə yarasından həlak olub.

48.Nağıyev Yusif Şirin oğlu. 64 yaşında. Fəhlədir. - Döş qəfəsinin güllə yarasından həlak olub.

49.Naməlum kişi meyidi. 22 - 27 yaşında. - Başından güllə yarası alıb. Güllə beynini dəlib keçmişdir.

50.Naməlum kişi meyidi. 20 - 30 yaşında. - Başın qəlpə yarası. Kəllə sümüyünün kobud sınığı.

51.Naməlum kişi meyidi. 25 - 30 yaşında. - Başın və üst dodağın kəsilmiş yaraları, boyunun en səthinin güllə yarası.

52.Naməlum kişi meyidi. 20 - 25 yaşında. - Döş qəfəsinin arxa səthinin qəlpə yarası, sifətin, boyunun və döş qəfəsinin ön səthinin kəsilmiş yaraları.

53.Naməlum qadın meyidi. 14 yaşında. - Başın güllə yarasından həlak olmuşdur.

54.Allahyarova Qəmzə Qaraş qızı. 55 yaşında. Evdar qadındır. - Qarının güllə yarasından həlak olmuşdur.

55.Allahverdiyeva Teyyubə Nəbi qızı. 50 yaşında. Evdardır. - Başın güllə yarasından həlak olub.

56.Məmmədov Vaqif Şəmil oğlu. 39 yaşında. Fəhlədir. - Başın güllə yarasından həlak olub.

57.Mahmudova Roza Cəfər qızı. 60 yaşında. Evdardır. - Qarının güllə yarasından həlak olub.

58.Çobanov Tapdıq Xədicə oğlu. 44 yaşında. Fəhlədir. - Başın güllə yarasından həlak olub.

59.Orucov Fazil Ənvər oğlu. 31 yaşında. Fəhlədir. - Döş qəfəsinin güllə yarasından həlak olub.

60.Əzimov Natiq Abbasqulu oğlu. - Kürək nahiyəsinin güllə yarasından həlak olub.

61.Quliyev Əkbər Zəkara oğlu. Milli ordu əsgəridir. - Bədənin güllə yarasından həlak olub.

62.Səfərova Rəfiqə İman qızı. - Bədənin ağır zirehli maşınla əzilməsi.

63.Şadmanova Nazilə Şamil qızı. - Döş qəfəsinin güllə yaralarından həlak olmuşdur.

64.Abdulov Elmar Baba oğlu. - Bədənin arxa səthinin güllə yaraları, ayağın donması.

65.Nəbiyeva Maral. 8 yaşında. - Döş qəfəsinin və sağ bazunun güllə yarası.

66.Həsənov Əli Mürsəl oğlu. 36 yaşında. Fəhlə. - Başın güllə yarasından həlak olub.

67.Məmmədova Güllü. - Boyunun ön səthinin güllə ya­rası, sifətin əzilmiş yarası, döş qəfəsinin küt zədələnməsi.

68.Əzimov Həsənbala Şahmurad oğlu. 57 yaşında. Fəhlə. - Başın güllə yarasından həlak olub.

69.Hüseynov Mürşüd Səməd oğlu. 58 yaşında. Fəhlə. - Döş qəfəsinin güllə yarasından.

70. Səfiyeva Gözəl. - Bədənin müxtəlif nahiyələrinin güllə yarasından həlak olub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub