Modern.az

Populist çağırışlar azadlıq və təhlükəsizlik balansını pozur

Populist çağırışlar azadlıq və təhlükəsizlik balansını pozur

24 Fevral 2017, 11:31

Avsrtiyanın paytaxtı Vyana şəhərində ATƏT Parlament Assambleyasının qış sessiyası keçirilir. Parlament Assambleyasının Demokratiya, İnsan hüquqları və Humanitar məsələlər komitəsində “Artan populizm ərəfəsində insan hüquqlarının qorunması” mövzusunda xüsusi müzakirə keçirilib.

 

Müzakirədə çıxış edən Milli Məclisin deputatı Tahir Mirkişili Modern.az-a açıqlamasında deyib ki, çıxışı zamanı dünyada artan populizmdən və onun indiki və gələcək fəsadlarından danışıb.

 

“İnsan haqları universialdır. Bu sahədə hər-hansı bir selektiv yanaşma və diskriminasıya olmamalıdır. Siz öz qonşunuzu xoşlamaya bilərsiz, ancaq əgər siz onun hüquqlarını bu gün pozursunuzsa, siz da sabah öz hüquqlarınızı pozulmuş görəcəksiz”.

 

Tahir Mirkişili diqqəti ABŞ və Avropada əsas təhlükə kimi qəbul edilən miqrantlara və onların hüquqlarına cəlb edib. O, bəzi ölkələrdə populist çıxışların ksenofobiya, irqçilik və islamafobiyanın artmasına gətirib çıxardığını qeyd edərək, bəzi siyasi qüvvələrin bundan yararlanaraq siyasi güc əldə etmək planlarını açıqlayıb.

 

Tahir Mirkişili sonda bütün parlamentarilərin əsas vəzifələrinin qarşılıqlı hörmət, multikulturalizm, dialoq mədəniyyəti və harmoniya kimi dəyərlərin yayılması olduğunu xatırladaraq, bu gün hər kəsin üzləşdiyi çöxüzlü problemlərin həllinin yalnız dini, irqi və milli müxtəlifliyin qorunmasında olduğunu bəyan edib.

 

Namidə BİNGÖL

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?