Modern.az

CHP MHP Xocalı soyqırımının tanınması üçün ortaq qanun layihəsi verdi, AKP onu rədd etdi”

“CHP və MHP Xocalı soyqırımının tanınması üçün ortaq qanun layihəsi verdi, AKP onu rədd etdi”

Ölkə

24 Fevral 2017, 13:45

“Qardaş Azərbaycan xalqının dərdini ürəkdən paylaşıram. Azərbaycanın 600-dən çox vətəndaşını Xocalıda vəhşicə qətl edənləri bir daha qınayır, Xocalıda itirdiyimiz soydaşlarımızı rəhmətlə anıram”.

Bu sözləri Modern.az-a açıqlamasında Türkiyənin Cümhuriyyət Xalq Partiyasından olan İzmir millət vəkili Atila Sertel deyib. Deputat sözlərinə belə davam edib:


“Bizlər iki dövlət, tək millətik. Azərbaycanda bir vətəndaşımızın canı yansa, bizim də burda canımız yanar. O səbəblə Azərbaycan xalqının acısını hiss etməmək mümkün deyil. Bu vəhşi qətliamın törədilməsindən 25 il keçdi, amma Azərbaycan xalqının, bizlərin ürəyində silinməz izlər qoyan soyqırımı heç vaxt unudulmaz.
Cümhuriyyət Xalq Partiyasının bir üzvü və millət vəkili olaraq, insan həyatını, insan haqq və azadlıqlarını hər şeyin üzərində tutduğumuzu bilmənizi istərdim. Dili, dini, rəngi, irqi və məzhəbi nə olarsa olsun, insanlara qarşı törədilən hər bir qıyımın, müharibənin qarşısındayıq. Xocalı soyqırımını törədənləri, insan həyatını heçə sayanları daim nifrətlə anacağıq”.

Atilla Sertel Modern.az-ın əməkdaşı ilə söhbətdə onu da qeyd edib ki, hələ bir neçə il öncə, Xocalı qətliamının 21-ci ildönümündə bu vandalizmin Türkiyə Böyük Millət Məclisində (TBMM) soyqırımı olaraq tanınması üçün CHP və MHP ortaq qanun təklifi verib, ancaq bu təklif hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan millət vəkillərinin səs çoxluğu ilə rədd edilib.

“Xocalıda itirdiyimiz 106-sı qadın, 83-ü uşaq olmaqla 613 azərbaycanlı soydaşımızın ailələrinə başsağlığı verir, qardaş Azərbaycan xalqının dərdini paylaşıram”,-Atilla Sertel vurğulayıb.

 

Qafar Ağayev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır