Modern.az

Ərdoğanın müşaviri: “Türk ordusu Suriyada çox qalmayacaq”

Ərdoğanın müşaviri: “Türk ordusu Suriyada çox qalmayacaq”

24 Fevral 2017, 12:46

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın müşaviri İlnur Çevik Türkiyənin Suriyada nəzarəti əlinə almaq niyyətinin olmadığını bəyan edib.

 

 Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Çelik İŞİD-in darmadağın edilməsindən sonra türklərin regionu tərk edəcəklərini bildirib.

 

“Türkiyə Suriyanı nəzarətə almaq istəmir, sadəcə İŞİD-ə qalib gələrək onu məhv etməyi düşünür. Biz Suriyada qalmağı düşünmürük, İŞİD-i məğlub etdikdən sonra ölkəni tərk edəcəyik”.

 

O həmçinin, Rakka şəhərinin yaxın vaxtlarda azad olunacağına ümidini ifadə edib.

 

Vüqar İSMAYILOV

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir