Modern.az

Xocalının 197 sakini itkin düşmüş şəxs kimi qeydiyyatdadır

Xocalının 197 sakini itkin düşmüş şəxs kimi qeydiyyatdadır

24 Fevral 2017, 12:58

“Hazırda 197 nəfər Xocalı sakini itkin düşmüş şəxs kimi qeydiyyatdadır. Onlardan 36-sı uşaq, 65 qadın, 35 qocadır".

Modern.az xəbər verir ki, bunu Əsir və itkin d­üşmüş, girov götürülm­üş vətəndaşlarla əlaq­ədar Dövlət Komissiyasının katibi, İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib.

İsmayıl Axundov bildirib ki, həmin şəxslərdən 95-nin əsir götürülməsi ilə bağlı şahid ifadələri mövcuddur. "Onların arasında isə 12 uşaq var. Faciənin ən ağrılı tərəfi uşaqlarla bağlıdır".

İ.Axundov deyib ki, Dövlət Komissiyasına əsir və itkin düşmüş şəxslərlə bağlı müraciət edənlərin çoxu həmin dövrdə uşaq olanlardır.

İ. Axundov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 3868 nəfər azərbaycanlı itkin düşmüş kimi qeydiyyatdadır: "Girovluqdan azad edilmiş 1437 nəfərin arasında 210 uşaq olub. Tərəfimizdən aparılmış araşdırmalar nəticəsində isə 170-dən çox naməlum qəbir aşkarlanıb.

 

Mirmahmud KAZIMOĞLU

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir