Modern.az

Əbülfəs Qarayev Ağdaşda vətəndaşları qəbul edib

Əbülfəs Qarayev Ağdaşda vətəndaşları qəbul edib

Aktual

24 Fevral 2017, 13:01

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev fevralın 24-də Ağdaş rayonundakı Heydər Əliyev Mərkəzində Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarından olan vətəndaşları qəbul edib.

Modern.az xəbər verir ki, vətəndaşlar nazirlə görüşdə müxtəlif məsələlərlə bağlı xahiş və təkliflərini səsləndiriblər. Müraciətlər əsəsən Ağdaş rayonunda görkəmli kaman ustası Habil Əliyevin anadan olmasının 90 illik yubileyinin qeyd olunması, Göyçayda fəaliyyət göstərən Rəsul Rzanın ev-muzeyi ilə başqa ölkələrin muzeylərinin virtual əlaqələrinin yaradılması və ev-muzeyinin turizm marşrutuna salınması, uşaq incəsənət məktəblərinin müəllimləri üçün Bakı Xoreoqrafiya Akademiyasında təlim kurslarının təşkil edilməsi, H.Zərdabinin həyat və yaradıcılığı ilə bağlı ədəbiyyatın nəşri, Ağdaşda xalq teatrlarının respublika baxış müsabiqəsinin keçirilməsi və digər məsələləri əhatə edib.

Əbülfəs Qarayev qəbul zamanı Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən yerlərdə mütəmadi olaraq keçirilən belə görüşlərin əhəmiyyətini vurğulayıb. Nazir bildirib ki, artıq ənənə halını alan bu qəbullar bölgələrdə sakinlərin problemləri ilə daha yaxından tanış olmağa və müvafiq tədbirlər görməyə imkan yaradır. Ə.Qarayev Ağdaş rayonunda keçirilən qəbulda ölkənin mədəniyyət və turizm sahələri üçün aktual olan bir sıra məsələlərin gündəmə gətirildiyini deyib. O, səslənən bütün xahiş və müraciətlərin diqqətlə nəzərdən keçiriləcəyini, onların həlli istiqamətində tədbirlər görüləcəyini bildirib.

Qəbul zamanı vətəndaşları narahat edən bir sıra məsələlər yerindəcə həll olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!