Modern.az

Lerikdəki qar uçqunu ilə bağlı rəsmi məlumat - 4 nəfər ölüb

Lerikdəki qar uçqunu ilə bağlı rəsmi məlumat - 4 nəfər ölüb

24 Fevral 2017, 13:15

Daxili İşlər Nazirliyi Lerikdəki qar uçqunu ilə bağlı rəsmi məlumat yayıb. Modern.az saytı nazirliyə istinadən xəbər verir ki, fevralın 23-də saat 12 radələrində Lənkəran rayonunun Orand kəndində yaşayan Əhliman Mustafayevin 3 otaqlı evi hündürlüyü 7 metr olan qar uçqununun altında qalıb və nəticədə evin 1 otağı dağılıb. Həmin otaqdan Ə.Mustafayevin arvadı Şövkətin, gəlini İlahənin, körpə nəvələri Zəhranın və Uğurun meyitləri çıxarılıb.

Araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir