Modern.az

Noyabr "Yanğına qarşı təbliğat ayı" elan edilib

Noyabr "Yanğına qarşı təbliğat ayı" elan edilib

9 Noyabr 2009, 15:04

Ölkədə yanğın təhlükəsizliyinin təmin olunması ilə əlaqədar qarşıda duran vəzifələrin icrasını sürətləndirmək məqsədilə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti bölgələrdə "Yanğın təhlükəsizliyi: qarşıda duran vəzifələr və onun həlli yolları" mövzusunda regional müşavirələr keçirib. Nazirliyin mətbuat xidmətinin məlumatına görə, Lənkəran, Xaçmaz, Qəbələ, Yevlax və Bərdə rayonlarında keçirilmiş müşavirələrdə Fövqəladə Hallar Nazirliyi tərəfindən yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə həyata keçirilən tədbirlərdən danışılıb, ölkədə hazırda bu sahədəki vəziyyət təhlil olunub, payız-qış mövsümünün başlanması ilə əlaqədar qarşıda duran vəzifələrdən söz açılıb. Yerli icra hakimiyyəti, təhsil, səhiyyə müəssisələrinin, müvafiq xidmət sahələrinin nümayəndələrinin də iştirak etdiyi müşavirələrdə əhalinin yanğın təhlükəsizliyi sahəsində maarifləndirilməsi işinin səmərəliliyini artırmaq məqsədilə bölgələrdə fəaliyyət göstərən yerli televiziya kanallarına, qəzetlərə Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən hazırlanmış yanğına qarşı təbliğat xarakterli video və qəzet materialları təqdim olunub. Modern.az xəbər verir ki,

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində digər məqsədyönlü tədbirlərin də həyata keçirilməsi də planlaşdırılır. Belə ki, 2009-cu ilin noyabr ayını "Yanğına qarşı təbliğat ayı" elan etmiş Xidmət tərəfindən respublika ərazisində baş verən yanğınların sayının azaldılması, bu sahədə effektli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir