20 iyul 2017, Cümə axşamı
Ana Səhifə - İQTİSADİYYAT - Yanacaqdoldurma məntəqələrində MİN BİR FIRILDAQ - sürücüləri avam yerinə qoyurlar
Yanacaqdoldurma məntəqələrində MİN BİR FIRILDAQ - sürücüləri avam yerinə qoyurlar
24.02.2017, 17:11

Son vaxtlar Bakıda avtomobil sürücüləri yanacağın- benzinin keyfiyyətindən şikayətlənirlər. Maşın sahibləri deyirlər ki, yanacaqdoldurma məntəqələrində (YDM) həm də aldadılırlar. YDM-lər ödənilən pulun müqabilində maşına az yanacaq vururlar - 1-1,5-2 litr kəsirlər.

Bundan əlavə, yanacaq satan şirkətlərin digər yollara əl atdığı da deyilir. Sürücülərin sözlərinə görə, xüsusilə son aylar benzinin tərkibindəki oktanın faizini qəsdən aşağı salıblar ki, alınan yanacaq daha tez sərf olunsun. Nəticədə aldıqları yanacağa görə nəzərdə tutulan məsafəni qət edə bilməyən maşın sahibləri tez-tez yanacaqdoldurma məntəqələrinə yan almalı olurlar.

“Aldığımız benzin sanki havaya uçur” deyən sürücülərin şikayətlərinə YDM-lərdə qulaq asan yoxdur.

Qeyd edək ki, Standartlaşdırma, Metrologiya, Patent üzrə Dövlət Komitəsi də vaxtaşırı yanacağın keyfiyyəti, YDM-lərdə aldadılma ilə bağlı tez-tez şikayətlər aldığını bəyan edib.

Adı çəkilən Dövlət Komitəsinin sədri Ramiz Həsənov bir müddət öncə bununla bağlı mediaya açıqlamasında deyib:

"Siz bilirsiniz ki, bizdə yanacaq bir yerdən satışa çıxarılır. Yəni, neft bazası bir dənədir. Ona görə, keyfiyyət eyni olmalıdır. Ancaq hansısa "iş adamı" keyfiyyəti dəyişirsə, benzinin tərkibinə nə isə qatırsa, bu, başqa məsələdir. Həmin "iş adamı" cinayət məsuliyyəti daşıyır. Bizə adətən keyfiyyət yox, kəmiyyətlə bağlı şikayətlər gəlir. Şikayətçilər deyir ki, yanacaqdoldurma məntəqələrində yanacaq az vurulur və sair. Biz mütəmadi olaraq yoxlama aparırıq. Standarta uyğun olaraq yanacaqdoldurma məntəqələrində avadanlıqlar 3 aydan bir mütləq yoxlanılmalıdır. Bəzən görürsünüz ki, məntəqədə çalışanlar özləri müdaxilə edirlər... Üstəlik, sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması ilə bağlı ölkə başçısının verdiyi tapşırıqdan sui-istifadə edənlər də var. Bundan başqa, yanacaqdoldurma məntəqələrində bizim qoyduğumuz möhürləri qırırlar. Möhürləri qırmaq olmaz və mən bu barədə dəfələrlə demişəm. Artıq biz bir neçə bu cür hadisə ilə bağlı prokurorluğa məlumat vermişik və bu barədə cinayət işi qaldırılıb”.

Göründüyü kimi, Dövlət Komitəsinin tələblərinə əhəmiyyət verməyən YDM-lərdən hər şey gözlənilir...

“Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı deyir ki, benzinin keyfiyyəti zaman-zaman gündəmə gələn aktual məsələdir.

“Həqiqətən də Azərbaycanda benzinin keyfiyyəti ilə bağlı ciddi problemlər var. Hətta ən tanınmış brend yanacaqdoldurma məntəqələrinin belə, adı müxtəlif zamanlarda bu cür qalmaqallarda hallandırılır. Keyfiyyət problemi ilə yanaşı, həm də yanacağın avtomobilin cəninə yanacağın az vurulması məsələsi də var. Əksər yanacaqdoldurma məntəqələrində yanacağın keyfiyyəti bir başqa, benzinin kəsilməsi isə başqa bir problemdir. Hər 10 litrə 1 litr kəsmək artıq ənənə halını alıb. Buna əvvəllər Energetika Nazirliyi nəzarət edirdi, reydlər keçirirdi, açıqlamalar verirdi. Amam indi demək olar ki, bu problemə heç bir nəzarət yoxdur. Standartlaşdırma, Metrologiya, Patent üzrə Dövlət Komitəsinin ildə 1-2 dəfə yoxlama keçirməsi də bəlli deyil. Bunun fonunda baxırıq ki, yanacaqdoldurma məntəqələrində yanacaq sayğacda göstəriləndən az satılır. Elə YDM var insaflıdır,10 litrə yarım litr kəsir, bəziləri 1 litr, bəzi insafsızlar isə hər 10 litrə 2 litr kəsir. Bu cür biabırçı mənzərələr zamanla müşahidə edilir. Mən Bayıl qəsəbəsindən Sumqayıta kimi yerləşən yanacaqdoldurma məntəqələrinin fərqli işlədiyinin  şahidiyəm. Keyfiyyət məsələsində SOCAR açıqlama verdi ki, “biz yanacağı standartlara uyğun qaydada YDM-lərə satırıq, yanacağa YDM-lərdə müdaxilə edərək müəyyən qatqılar əlavə edirlər”.

Yəni zavoddan keyfiyyətli benzini alırlar, daha sonra öz bildikləri kimi əlavələr etməyə başlayırlar. Hər YDM-nın öz qanunları var, özləri müəyyənləşdirirlər ki, yanacağa nə qədər qaz qatılmalıdır, başqa qatqı nə qədər qatılmalıdır və yaxud da 10 litrin neçə litri kəsiləcək. Belə haram yolla sürücülərin cibini soyurlar, buna ciddi dövlət nəzarəti olmalıdır.

Təsəvvür edin ki, mənim hər ay 20 manatımı YDM-lar oğurlayır. Bu kifayət qədər böyük məbləğdir. Ölkədə sürücü tək mən deyiləm, Azərbaycanda 1 milyon 300 min avtomobil var. Bu avtomobillərin problemli olanların, qarajda qalanlarını çıxsaq, 1 milyona yaxın avtomobil istismar olunur. Ay ərzində hər sürücüdən 20 manat pul 20 milyon manat edir, bu isə açıq-aşkar qarət deməkdir. Dəfələrlə sürücülər buna etiraz edib, sübut edirlər ki, YDM-ə gələndə avtomobilin çənində ən azı 5 litr yanacaq göstərirdi, avtomobilin benzin çəni də 60 litr tutur. Çəni tam doldurur və 70 litr benzin vurulduğu bildirilir. Axı bu necə ola bilər?.. 60 litrlik yanacaq çəninə necə ola bilər ki, 70 litr yanacaq doldurulsun? Tutaq ki, bunu “Mercedes” markalı avtomobil istehsal edən zavoda desən, bəlkə də “Mercedes”i buraxan adamın ürəyi partlayıb ölər, bax belə dəhşətli vəziyyətdir. YDM-də operator adamın üzünə dirənir ki, “sənin maşınına 70 litr vurmuşam”. Açıq-aşkar soyğun gedir, sürücülər buna öyrəşib. Kimin savadı, zamanı varsa mübahisə edir.

Yanacaqdoldurma məntəqələrinin sürücüləri aldatdığını sübut etmək üçün onlardan 10 litrlik qaba benzin doldurmalarını istəsək, razı olmayacaqlar, deyəcəklər ancaq 2 litrdən artıq yanacaq doldurmağa icazə verilmir. Niyə? Çünki 2 litrdə fərq çox da hiss olunmur, amma 10 litrdə tam olaraq hiss ediləcək. İstənilən dövlət qurumu, Energetika Nazirliyi, Standartlaşdırma Komitəsi əgər bunu yoxlasa və cavab versə ki, standartlara uyğundur, o zaman kanistrlə onların yanında yanacaq alsaq, hər şey aşkar şəkildə görüləcək. Buna qarşı bir iradə olmalıdır, ciddi nəzarət olmalıdır. Mən axırıncı dəfə Energetika Nazirliyinin YDM-lərlə bağlı yaydığı məlumatı 3 il bundan qabaq oxumuşam. O da, mətbuatda hay-küy salınmışdı, məsələ qaldırılmışdı, gedib reyd keçirdilər və dedilər ki, 3 YDM-də qanunsuz hal aşkarlanıb. Azərbaycanda normal işləyən YDM varsa, adam buna təəccüblənir, anormalı hamı bilir. Bütün YDM-lərdə vəziyyət eynidir”.

Avtomobil məsələləri üzrə ixtisaslaşmış hüquqşünas Ərşad Hüseynov da yanacaqdoldurma məntəqələrində müəyyən problemlərin olduğunu deyir:

“Müşahidə aparmışam ki, YDM-lər arasında fərqlər var. Bu fərqlər yancağın miqdarı ilə bağlıdır. Yanacağın satışında, miqdarında bizləri aldadırlar. Standartlaşdırma və Meteorologiya və Patent üzrə Dövlət Komitəsi YDM-lərin standartını həyata keçirir, amma son vaxtlar açıqlama veriblər ki, yoxlamaya gedə bilmədikləri üçün nöqsanlar artıb. Bundan əlavə də müxtəlif YDM-lərdə yanacağın daşınması və saxlanması şərtləri var, ona yanaşmalar müxtəlifdir. Daşınma belədir ki, gərək bir oktanlı benzini başqa oktanlı benzinlə qarşıdırılmasın. Yanacaq daşıyan avtomobili tam yuyub təmizlədikdən sonra başqa oktanlı yancaq tökmək olar. Yanacaq doldurulan çənlərin təmizliyi də çox vacib məsələdir.
Benzinin saxlanma müddətinin də önəmi var, qaldıqca keyfiyyətini itirir. Ona görə, hansı YDM  çox benzin satırsa, onun benzini daha keyfiyyətli olur”.

 

Qafar Ağayev


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Rakkanın 30 faizi İŞİD-dən təmizlənib
20.07.2017, 22:30

Rakkanın 30 faizi İŞİD-dən təmizlənib

Duzdan çox istifadə etmək hansı xəstəliklərə səbəb olur? - SİZİN SAĞLAMLIĞINIZ ÜÇÜN
20.07.2017, 22:23

Duzdan çox istifadə etmək hansı xəstəliklərə səbəb olur? - SİZİN SAĞLAMLIĞINIZ ÜÇÜN

4 ildən bir çıxan qəzet - MARAQLI   
20.07.2017, 22:20

4 ildən bir çıxan qəzet - MARAQLI  

Axtarışda olan Azərbaycan vətəndaşı Kiyevdə güllələndi
20.07.2017, 22:13

Axtarışda olan Azərbaycan vətəndaşı Kiyevdə güllələndi

Kanalda batan şəxsin cəsədi tapılıb
20.07.2017, 21:57

Kanalda batan şəxsin cəsədi tapılıb

Belçika Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir
20.07.2017, 21:45

Belçika Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

Bərdə bazarında 12 mağaza yandı - Video
20.07.2017, 21:29

Bərdə bazarında 12 mağaza yandı - Video

Kral oğlunun həbsinə göstəriş verdi
20.07.2017, 21:13

Kral oğlunun həbsinə göstəriş verdi

Bakıda yaşayış binasında yanğın: sakinlər təxliyə olundu
20.07.2017, 20:57

Bakıda yaşayış binasında yanğın: sakinlər təxliyə olundu

Küveyt İran səfirini ölkədən çıxarır
20.07.2017, 20:45

Küveyt İran səfirini ölkədən çıxarır

Qanunsuz ağac kəsən öldü
20.07.2017, 20:31

Qanunsuz ağac kəsən öldü

Paytaxtdakı qəza ilə bağlı rəsmi məlumat: Sürücülər sərxoş olmayıb
20.07.2017, 20:14

Paytaxtdakı qəza ilə bağlı rəsmi məlumat: Sürücülər sərxoş olmayıb

Ev verilən jurnalistlərin adları açıqlandı - SİYAHI, RƏSMİ
20.07.2017, 20:00

Ev verilən jurnalistlərin adları açıqlandı - SİYAHI, RƏSMİ

Elmar Məmmədyarov BMT Baş katibinin köməkçisi ilə görüşüb
20.07.2017, 18:58

Elmar Məmmədyarov BMT Baş katibinin köməkçisi ilə görüşüb

Şamaxıda minik avtomobilləri toqquşub, xəsarət alan var
20.07.2017, 18:47

Şamaxıda minik avtomobilləri toqquşub, xəsarət alan var

Prezident İlham Əliyev Firudin Hacıyevi ordenlə təltif edib
20.07.2017, 18:39

Prezident İlham Əliyev Firudin Hacıyevi ordenlə təltif edib

Türkiyəyə TANAP ilə qazın ilk hissəsinin çatdırılma vaxtı açıqlandı
20.07.2017, 18:30

Türkiyəyə TANAP ilə qazın ilk hissəsinin çatdırılma vaxtı açıqlandı

Azərbaycan prezidenti Belçika kralını təbrik edib
20.07.2017, 18:14

Azərbaycan prezidenti Belçika kralını təbrik edib

Müəllimlərin işə qəbulunda YENİLİK   
20.07.2017, 17:57

Müəllimlərin işə qəbulunda YENİLİK  

Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada tutuldu
20.07.2017, 17:43

Azərbaycanın axtarışa verdiyi şəxs Rusiyada tutuldu

ADU-nun rektoru Kamal Abdulla Koreyanın səfiri ilə görüşüb
20.07.2017, 17:38

ADU-nun rektoru Kamal Abdulla Koreyanın səfiri ilə görüşüb

2017-ci ildə uşaqlara qarşı 270 zorakılıq halı qeydə alınıb
20.07.2017, 17:36

2017-ci ildə uşaqlara qarşı 270 zorakılıq halı qeydə alınıb

Dolların sabahkı MƏZƏNNƏSİ
20.07.2017, 17:17

Dolların sabahkı MƏZƏNNƏSİ

Deputat prezidentə təşəkkür etdi
20.07.2017, 17:14

Deputat prezidentə təşəkkür etdi

Ukraynadan Azərbaycana toyuq əti gətirənlərə cinayət işi açıldı
20.07.2017, 17:02

Ukraynadan Azərbaycana toyuq əti gətirənlərə cinayət işi açıldı

Nazirlikdən "Android” tipli telefon istifadəçilərinə xəbərdarlıq
20.07.2017, 16:59

Nazirlikdən "Android” tipli telefon istifadəçilərinə xəbərdarlıq

Hansı deputatlar qanun layihəsi hazırlayıblar... - II YAZI  
20.07.2017, 16:57

Hansı deputatlar qanun layihəsi hazırlayıblar... - II YAZI  

Qarabağda doğulan ermənilərin sayı kəskin azalıb
20.07.2017, 16:57

Qarabağda doğulan ermənilərin sayı kəskin azalıb

Ev ala bilməyən alimlərdən ETİRAZ...
20.07.2017, 16:47

Ev ala bilməyən alimlərdən ETİRAZ...

Hacıbala Abutalıbovun müavini istirahətdə vəfat edib
20.07.2017, 16:45

Hacıbala Abutalıbovun müavini istirahətdə vəfat edib

Trampı dəstəkləyənlərin  88%-i yenə ona səs verərdi
20.07.2017, 16:45

Trampı dəstəkləyənlərin  88%-i yenə ona səs verərdi

Azərbaycandakı əmək pensiyaçılarının sayı açıqlanıb   
20.07.2017, 16:44

Azərbaycandakı əmək pensiyaçılarının sayı açıqlanıb  

Əvəz Ələkbərova “Əməkdar müəllim” fəxri adı verildi
20.07.2017, 16:38

Əvəz Ələkbərova “Əməkdar müəllim” fəxri adı verildi

İqtisadi cinayət törədənlərə həbs cəzası deyil, cərimələr kəsiləcək   
20.07.2017, 16:27

İqtisadi cinayət törədənlərə həbs cəzası deyil, cərimələr kəsiləcək  

Aytənlə Elvinə niyə ev verilməyib? - AÇIQLAMA
20.07.2017, 16:11

Aytənlə Elvinə niyə ev verilməyib? - AÇIQLAMA

ARXİV
SORĞU
Qarabağ danışıqlarını sürdürmək Azərbaycana nə vəd edir?
- Son hadisədən sonra Azərbaycan Minsk qrupu ilə ciddi danışmalı, öz şərtlərini irəli sürməlidir(1.58%)
- Danışıqlar heç nə vəd etmir, ondan dərhal imtina olunmalı, müharibəyə başlanılmalıdır(66.6%)
- Danışıqlar davam etdirilməli, problemin sülh yolu illə həllinə çalışılmalıdır(4.76%)
- Minsk qrupunun vasitəçiliyindən imtina edib, digər beynəlxalq təşilatları işə qoşmaq lazımdır(3.17%)
- Ermənistana təzyiq üçün başqa alternativ yollar düşünülməildir(23.8%)