Modern.az

Piyadanı vuran sürücü yaxalandı

Piyadanı vuran sürücü yaxalandı

24 Fevral 2017, 18:13

Daxili işlər və prokurorluq orqanlarının həyata keçirdikləri təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmış sürücü tutulub

 

Beləki, 22 fevral 2017-ciiltarixdə,saat 19:20 radələrindəHəsənov Bağı Məmmədhəsən oğlunun idarə etdiyi “VAZ-21093” markalı 50-BR-163 dövlət qeydiyyat nişanlı avtomobillə Ələt-Astara-İran sərhədi yolunun Lənkəran rayonu,  Liman şəhəri ərazisindən keçən hissəsində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq yolu keçən piyada - 1960-cı il təvəllüdlüSəmiyeva Dəstəgül Əzməmməd qızını vuraraq hadisə yerindən qaçması və sonuncunun hadisə yerində ölməsifaktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsindəcinayət işi başlanmışdır.

 

B.Həsənov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələrində nəzərdə tutulan ittiham elan olunmuş və Lənkəran rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir.

 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər