Modern.az

Dünya Bankının növbəti missiyasının nəticələri müzakirə olunub

Dünya Bankının növbəti missiyasının nəticələri müzakirə olunub

Aktual

24 Fevral 2017, 18:19

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının(Palata) Direktorlar Şurasının sədri Rüfət Aslanlı Dünya Bankının maliyyə sektoru üzrə baş mütəxəssis AnjelaPriqojinanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 

 

Görüş zamanı Palatanın Dünya Bankı ilə əməkdaşlığının uğurla davam etdiyini vurğulayan Rüfət Aslanlı bildirib ki, Dünya Bankının bu dəfəki missiyası çərçivəsində maliyyə bazarlarına nəzarət üzrə mövcud qanunvericiliyin beynəlxalq təcrübəyə əsasən təkmilləşdirilməsiistiqamətində məhsuldar müzakirələr olub. Görüşdə həmçininbankların rezolusiyası və likvidliyinin tətbiqi mexanizmlərinin və hüquqi çərçivəsinin genişləndirilməsiistiqamətdə Palatanın fəaliyyətinə dəstək imkanları müzakirə edilib.

 

 

Bundan əlavəƏmanətlərin Sığortalanması Fondunun (ADİF) fəaliyyətinin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi, maliyyə sektorunda istehlakçıların hüquqlarının müdafiəsinin təmin olunması, eləcə də qeyri-işlək aktivlərin restruktizasiyası və idarə edilməsi üzrə hüquqi mexanizmlərin yaradılmasına dəstək mexanizmlərinə dair geniş fikir mübadiləsi aparılıb.

Media orqanları əlavə məlumat almaq üçün www.fimsa.azsaytı və [email protected]elektron poçt ünvanına müraciət edə bilərlər.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!