Modern.az

Prezident su təminatının yaxşılaşdırılmasına 16 milyon manat ayrıldı

Prezident su təminatının yaxşılaşdırılmasına 16 milyon manat ayrıldı

24 Fevral 2017, 18:59

Azərbaycan Prezidenti İlham Əliyev əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

 

Modern.az-ın məlumatına görə, sərəncamda deyilir ki, Azərbaycanda əhalinin keyfiyyətli içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində həyata keçirilmiş ardıcıl tədbirlər nəticəsində 2007-2016-cı illərdə 24 rayon üzrə əhalisinin sayı 620 min nəfərdən çox olan 384 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılıb və 6143 ədəd supaylayıcı məntəqə tikilərək istifadəyə verilib.

 

Sərəncama əsasən, Kür və Araz çaylarının sularından, habelə digər su mənbələrindən istifadə edən ölkə əhalisinin keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədilə 18 rayonun 64 min nəfərdən çox əhalisi olan 100 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğuların quraşdırılması üçün 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 16 milyon manat ayrılıb. 

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir