Modern.az

"Münaqişə zonasında yaşayanların təhlükəsizliyi qorunmalıdır"

"Münaqişə zonasında yaşayanların təhlükəsizliyi qorunmalıdır"

24 Fevral 2017, 19:53

23-24 fevral tarixlərində Vyanada ATƏT Parlament Assambleyasının 16-cı qış sessiyası çərçivəsində “İnsan təhlükəsizliyinin ölçülməsi” mövzusunda dəyirmi masa keçirilib.  Adıçəkilən dəyirmi masada münaqişə zonalarında yaşayan insanların təhlükəsizliyi və hüquqlarının qorunması əsas müzakirə mövzusu olub.

Millət vəkili Ülviyyə Ağayeva Modern.az-a açıqlamasında deyib ki, ATƏT PA-nın sessiyasında Qarabağ münaqişəsinə toxunub.

Xanım millət vəkili, münaqişə zonalarında, xüsusilə, təmas xəttində yaşayan insanların təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıb: “Öz doğma yurdundan, el-obasından zor gücü ilə qovulmuş, didərgin düşümüş, köçkün həyatı yaşamağa məhkum olmuş insanların da hüquqlarının pozulması faktı daim diqqət mərkəzində olmalıdır”.

 

Namidə BİNGÖL

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir