Modern.az

“Əl-Bab şəhəri tam nəzarət altındadır” - Hulusi Akar

“Əl-Bab şəhəri tam nəzarət altındadır” - Hulusi Akar

24 Fevral 2017, 21:08

“Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Fərat Qalxanı” əməliyyatı məqsədinə nail olub. Əl-Bab şəhəri tam nəzarət altındadır. Əməliyyatın əvvəlində planlaşdırılan bütün məqsədlərə nail olunub”. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, bunu Türkiyənin Baş Qərargah rəisi Hulusi Akar bildirib.

Hulusi Akar vurğulayıb ki, bundan sonra həyatın normallaşması, yerli əhaliyə evlərinə qayıtmaq üçün yardım ediləcək.

Qeyd edək ki, Türkiyə ordusu ötən il avqustun 24-dən başlayaraq Suriyanın şimalında Azad Suriya Ordusu döyüşçülərinə dəstək olaraq “Fərat Qalxanı” adlı hərbi əməliyyat keçirib. Türkiyənin Baş Qərargahı fevralın 23-də Suriyanın Əl-Bab şəhərinin terrorçulardan tam təmizləndiyini bəyan etmişdi.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır